Ukrayna səfirliyi: Bizə dəstək göstərən dost Azərbaycana təşəkkürümüzü bildiririk
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Ukraynanın ölkəmizdəki səfirliyi Ümumdünya Humanitar Yardım Günü münasibətilə paylaşım edərək Azərbaycana təşəkkür edib.
Oxu.Az xəbər verir ki, paylaşım Ukraynanın ölkəmizdəki səfirliyinin "Facebook" səhifəsində dərc edilib.
"Biz ən çətin vaxtlarda bəşəriyyəti müdafiə edən və dəstəkləyənlərin xatirəsini ehtiramla anırıq. Ukrayna üçün bu gün xüsusi əhəmiyyət kəsb edir", - deyə paylaşımda qeyd olunur.
Səfirlikdən bildiriblər ki, Ukrayna ilə həmrəylik nümayiş etdirən beynəlxalq və ictimai təşkilatların, donor ölkələrin, biznes strukturların və sadə insanların humanitar dəstəyi çətinlikləri aradan qaldırmağa imkan verir.
"Müharibənin ilk günlərindən Ukraynaya dəstək göstərən dost Azərbaycana, onun rəhbərliyinə və bütün xalqınıza xüsusi təşəkkürümüzü bildiririk. Xüsusilə enerji sahəsində göstərilən humanitar yardıma, eləcə də müharibədən zərər çəkmiş uşaqların reabilitasiya proqramlarına görə sizə səmimi qəlbdən təşəkkürümüzü bildiririk", - deyə paylaşımda vurğulanır.
Baxış sayı:88
Bu xəbər 19 Avqust 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















