Ukrayna səfirliyi qarşısında təxribat: Yalnız Rusiya işğalçı deyil!.. Əliqanlı İsrail hərbçiləri...FOTO
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna diplomatları artıq bu duruma reaksiya veriblər...
Cümə axşamından cümə gününə keçən gecə Təl-Əvivdə Ukraynanın mədəniyyət mərkəzinin yaxınlığında əlləri qanlı İsrail və rus hərbçilərini əks etdirən onlarla plakat peyda olub. Plakatlarda ukrayna dilində “İşğalçı yalnız Rusiya deyil” sözləri yazılmışdı.
Moderator.az xəbər verir ki, bu haqda İsrail mediası məlumat yayıb.
Ukrayna səfirliyinin reaksiyası...
Ukrayna səfirliyi polisə açıqlama verməklə, həmçinin "ŞABAK" və İsrail Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamaqla hadisəyə operativ reaksiya verib.
"Ümid edirik ki, hüquq-mühafizə orqanları tez bir zamanda məsuliyyət daşıyanları tapacaq və müvafiq tədbirlər görəcək", - səfirliyin rəsmiləri rəsmi bəyanatda bildiriblər.
Ukrayna tərəfi insidenti iki dövlət arasındakı münasibətlərə kölgə salmaq məqsədi daşıyan anti-İsrail və anti-Ukrayna təxribat cəhdi kimi qiymətləndirir.
“Yalnız anlamaq qalır ki, bu antisemitlər və ukraynafoblar bu hiylə ilə nəyə nail olmağa çalışırlar. Bölgədə nüfuzunu itirən Kreml hər cür dağıdıcılıq yaratmağa çalışır. Ukrayna İsrailin özünümüdafiə və öz xalqını və ərazilərini müdafiə etmək hüququnu dəstəkləyir. Rusiya təxribatçıları isə Ukrayna xalqı ilə İsrail arasında dostluq münasibətlərini poza bilməyəcək”, - deyə diplomatlar vurğulayıblar.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 13 Dekabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















