Icma.az
close
up
RU
Ukrayna Şimali Koreya əsgərlərini təslim olmağa çağırır

Ukrayna Şimali Koreya əsgərlərini təslim olmağa çağırır

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Şimali Koreya hərbçilərini Rusiya tərəfində döyüşmək əvəzinə təslim olmağa inandırmağa çalışır.

Bizimyol.info “Euronews”a istinadən xəbər verir ki, Ukrayna xüsusi xidmət orqanları vərəqələr yaymaq üçün dron və xüsusi mərmilərdən istifadə edir, həmçinin Şimali Koreya əsgərlərini fərariliyə çağıran videolar çəkir.

“Mən yaşamaq istəyirəm” layihəsinin mətbuat katibi Vitali Matvienko deyib ki, “əlbəttə, hamı döyüşmək istəmir”.

“Biz Şimali Koreyadakı yaşayış şəraitini çox yaxşı bilirik. Bir çox insan bunu rejimdən qaçıb başqa ölkəyə getmək şansı kimi görür”, - deyə o qeyd edib.

Ukraynanın səyləri daha əvvəl rus əsgərlərinin təslim olmasına şərait yaradan “Yaşamaq istəyirəm” proqramı çərçivəsində həyata keçirilir. 2022-ci ilin oktyabr ayından Rusiya layihənin qaynar xəttinə və chatbotuna girişi bloklayıb, lakin bu xidmətlər VPN vasitəsilə əlçatan olaraq qalır.

Cənubi Koreya, Ukrayna və ABŞ rəsmilərinin bildirdiyinə görə, Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək olmaq üçün minlərlə hərbçi göndərib. Ukraynanın Cənubi Koreyadakı səfiri Dmitri Ponomarenko “Amerikanın Səsi”nə bildirib ki, bu rəqəm iki-üç aydan bir rotasiya ilə 15 minə, bir il ərzində isə 100 minə qədər Şimali Koreya hərbçisi Rusiyada xidmət edə bilər.

“Business Insider”in qeyd etdiyi kimi, Ukrayna vərəqələrində Şimali Koreyanın qurucusu Kim İr Senin rus “imperialistləri” ilə əməkdaşlıq ideyasını dəstəkləmədiyi qeyd olunur. Vərəqələrdə həmçinin təslim olmağın yolları ilə bağlı təlimatlar və bunu etmək istəyənlər üçün təminat və güzəştlərin izahı var. Vitali Matvienko Şimali Koreya hərbçilərini inandırmağın digər üsullarını açıqlamaqdan imtina edib.

Dekabrın əvvəlində “Yaşamaq istəyirəm” layihəsi Telegramda Ukrayna Silahlı Qüvvələrində Şimali Koreyadan olan könüllünün öz həmvətənlərini fürsətdən istifadə edərək təslim olmağa çağırdığı bir video yayımlayıb:

“Biz sizi təkcə qəbul etməyəcək, həm də yeni həyata başlamağınıza kömək edəcəyik. Burada dəstək, iş və ləyaqətlə yaşamaq imkanı tapacaqsınız. Səyahətinizi sıfırdan başlamaq üçün belə pul alacaqsınız”, - deyə videoda qeyd edilib.

Cənubi Koreya kəşfiyyatının hesablamalarına görə, Rusiya hər Şimali Koreya əsgəri üçün ayda təxminən 2000 dollar ödəyir. Bununla belə, RAND Korporasiyasının Şimali Koreya üzrə mütəxəssisi Bruce V. Bennettə görə, bu pullar çox güman ki, birbaşa Şimali Koreya elitasına gedir. “Əsgərlər. ola bilsin ki, az miqdarda, hətta belə demək daha döğru olar ki, “əsgərlərin özlərinə heç nə çatmır”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Dekabr 2024 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri