Ukrayna təhlükəsizlik zəmanəti ilə bağlı müqavilə çərçivəsində ABŞ dan 100 milyard dollar dəyərində silah alacaq
Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna ABŞ-dan təhlükəsizlik zəmanəti almaq üçün müqavilənin bir hissəsi olaraq 100 milyard dollar dəyərində Amerika silahı alacaq. Financial Times sənədə istinadən xəbər verir ki, bunun üçün pulu Avropa ayıracaq.
Təkliflərə əsasən, Kiyev və Vaşinqton həmçinin Ukrayna şirkətləri ilə PUA istehsalı üçün ayrıca 50 milyard dollarlıq müqavilə bağlayacaqlar. Bu təşəbbüslər Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşdən əvvəl avropalı müttəfiqlərə təqdim edilib.
Sənəddə Kiyevin hansı silahları tələb etdiyi göstərilmir, lakin onun ən azı 10 “Patriot” zenit-raket kompleksi və digər avadanlıq almaq istəyi qeyd olunur.
Sənədə əsasən, Ukrayna Rusiyaya ərazi güzəştlərini nəzərdə tutan heç bir sövdələşməni qəbul etməyəcək, çünki bu, “rus qoşunlarının irəliləməsi üçün tramplin” yaradacaq. Ukrayna atəşkəsdə və Rusiyanın dondurulmuş suveren aktivləri hesabına dəymiş ziyana görə Rusiyadan tam təzminat tələb edir.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 19 Avqust 2025 08:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















