Icma.az
close
up
RU
“Ukrayna təhlükəsizlik zəmanətləri olmadan heç bir sülh planına razı olmayacaq” Politoloq

“Ukrayna təhlükəsizlik zəmanətləri olmadan heç bir sülh planına razı olmayacaq” Politoloq

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Rusiya-Ukrayna müharibəsinin gərginliyi fonunda Fransa Prezidenti Emmanuel Makron ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş, müharibənin necə və hansı şərtlərlə sona çata biləcəyinə dair mühüm məsələlərin müzakirəsinin davam etdiyini göstərir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev dünən Parisdə səfərdə olan Ukrayna liderinin fransalı həmkarı ilə görüşünü şərh edərkən bildirdi.

O, qeyd etdi ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp tərəfindən münaqişə tərəflərinə yəni, Rusiya və Ukraynaya 28 bəndlik sülh müqaviləsinin mətni təqdim edilmişdi:

"Bu sənəd bir sıra gərgin və açıq qalan məqamları özündə ehtiva edirdi. Ən mühüm məsələ Ukraynanın bəzi ərazilərinin sülhün əldə olunması və müharibənin bitməsi naminə Rusiyaya güzəştə gedilməsi ehtimalı idi. Ukraynanı əsas narahat edən digər məsələ isə belə güzəştlər fonunda ölkənin davamlı təhlükəsizliyinin necə təmin olunacağı və sülhün hansı mexanizmlərlə qorunacağı idi. 28 bəndlik sənəd yayımlandıqdan sonra, xüsusilə Avropa dövlətləri, o cümlədən Fransa Prezidenti Makron tərəfindən müxtəlif bəyanatlar səsləndirildi və bu sənədə alternativ mətn hazırlanması istiqamətində işlərə başlandı. Makron–Zelenski görüşünün əsas məqsədlərindən biri də həmin sülh sənədinin müzakirəsi və yeni imkanların qiymətləndirilməsi idi. Qeyd etmək lazımdır ki, bu 28 bəndlik təklif hazırda münaqişənin sonu anlamına gəlmir, çünki Ukrayna hələ də onunla razılaşmayıb. Razılaşmamağın əsas səbəbi isə ölkənin təhlükəsizliyinə dair konkret və davamlı zəmanət mexanizmlərinin təqdim edilməməsidir".

Siyasi şərhçi qeyd etdi ki, Makron və Zelenskinin son görüşündə də məhz bu məsələlər ön planda olub: sülh əldə edildikdən sonra onun necə qorunacağı və burada qarant rolunun hansı formada təmin ediləcəyi müzakirə edilib.

"Görünən odur ki, bu tip görüşlər hələ uzun müddət davam edəcək, çünki diplomatik masada açıq qalan kifayət qədər ciddi məsələlər var. Xüsusilə Ukraynada baş verən siyasi proseslər, korrupsiya qalmaqalları və istefalar həm cəbhədə, həm də diplomatik müstəvidə ölkənin mövqeyini zəiflədir və Zelenskinin vəziyyətini daha da gərginləşdirir. Makron həm öz mövqeyindən, həm də ümumi Avropa mövqeyindən çıxış edərək məsələnin Ukrayna tərəfindən balanslaşdırılmasına çalışır. Digər tərəfdən, okeanın o biri tərəfində yerləşən ABŞ-dən fərqli olaraq Avropa birbaşa Rusiya ilə sərhədlidir. Bu baxımdan Avropanın təhlükəsizlik və dayanıqlı sülhə dair zəmanətlərə daha böyük ehtiyacı var. Siyasi, diplomatik və hərbi amillər nəzərə alınsa da, coğrafi amilin burada xüsusi əhəmiyyəti olduğu düşünülür. Bu gün Rusiyanın sərhədində olan Avropa ölkələri belə genişmiqyaslı bir müharibədən sonra yeni münaqişənin baş verməməsi üçün hansı addımların atılmalı olduğunu sorğulayır. Eyni zamanda Ukraynanın güzəştə gedə biləcəyi ərazilərlə bağlı gələcəkdə yeni iddiaların necə qarşısının alınacağına dair suallar da aktuallığını qoruyur. Görünən odur ki, bu görüşlər hələlik son deyil və davam edəcək. Ukraynadakı daxili böhran və cəbhədəki gərginlik isə hazırkı perspektivdə ölkənin mövqeyinə mənfi təsir göstərməkdə davam edir", - deyə Üzeyir Mustafayev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Dekabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri