Ukrayna tərəfi bizim mövqeyimizdən xəbərdardır Rusiya XİN
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Ukrayna böhranının yenidən baş verməsinin qarşısını almaq üçün hüquqi qüvvəyə malik və etibarlı beynəlxalq mexanizmlərin yaradılmasına ehtiyac olduğunu bildirib.
Sfera.az “TASS”agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Afrika ilə Tərəfdaşlıq Departamentinin rəhbəri Tatyana Dovqalenko məlumat verib. O, yüksək təhlükəsizlik məsələləri üzrə nümayəndələrin 13-cü beynəlxalq iclası çərçivəsində Afrika nümayəndə heyətləri üçün keçirilən brifinqdə çıxış edib.
Dovqalenko bildirib ki, “Ukrayna tərəfi bizim mövqeyimizdən xəbərdardır. Münaqişənin yekun və davamlı həlli yalnız onun əsas səbəbləri tam və dönməz şəkildə aradan qaldırılmaqla mümkündür. Bizə təhlükəsizlik və böhranın qarşısının alınması da daxil olmaqla, milli maraqları təmin edən hüquqi qüvvəyə malik sazişlər və mexanizmlər lazımdır”.
Rusiyalı diplomatın sözlərinə görə, yalnız bu cür zəmanətli və beynəlxalq hüquqa əsaslanan mexanizmlər bölgədə sabitliyin bərpasına və gələcəkdə oxşar böhranların qarşısının alınmasına real zəmin yarada bilər.
Fidan Hacızadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 29 May 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















