Icma.az
close
up
RU
Ukrayna üçün ağır gün: BMT də

Ukrayna üçün ağır gün: BMT də

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ötən gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Ukrayna ilə bağlı gərgin müzakirələr aparılıb.

Modern.az-ın məlumatına görə, ABŞ-nin yeni administrasiyası gözlənilməz addım ataraq Avropa müttəfiqləri ilə eyni mövqedə durmayıb.

Vaşinqton Çinlə Rusiya tərəfindən dəstəklənən neytral qətnaməni irəli sürüb. Bu qətnamə BMT Təhlükəsizlik Şurasında qəbul edilsə də, Baş Assambley  Avropa ölkələrinin düzəlişləri ilə sənədin alternativ versiyasını qəbul edib. Həmin düzəlişlərdə baş verənlərə görə məsuliyyətin Rusiyanın üzərinə qoyulması tələb olunurdu. ABŞ isə bu dəyişikliklərə qarşı çıxmayaraq səsvermədən çəkinib.

Baş Assambleyada Ukrayna və Avropa ölkələri tərəfindən təqdim edilən və Qərbin standart mövqeyini əks etdirən qətnaməni qəbul edib.

BMT-də Ukrayna münaqişəsi ilə bağlı eyni gündə iki qətnamə müzakirəyə çıxarılıb. Birinci qətnamə Ukrayna tərəfindən irəli sürülüb və Avropa ölkələri tərəfindən dəstəklənib. Sənəddə Rusiyaya qarşı sərt ifadələr yer alıb və Ukraynada ədalətli və davamlı sülhün təmin olunmasına çağırış edilib.

Ukrayna qətnaməsi üç səhifədən ibarət olub və burada Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin üç ildir davam etdiyi və bunun təkcə Ukrayna üçün deyil, digər regionlar və qlobal sabitlik üçün də dağıdıcı nəticələr doğurduğu vurğulanıb.

ABŞ-ın nümayəndəsi Doroti Şi isə Ukrayna qətnaməsini "söz müharibəsi" kimi qiymətləndirərək onun səsvermədən çıxarılmasını istəyib. ABŞ öz növbəsində "sülhə aparan yol" adlı alternativ qətnamə təqdim edib. Sənəddə münaqişənin tez bir zamanda dayandırılmasına və Ukrayna ilə Rusiya arasında davamlı sülhə çağırış edilib. Avropa İttifaqı ölkələri bu qətnaməyə düzəlişlər təqdim edərək, Rusiyanın məsuliyyətini vurğulamağa çalışıblar.

BMT Baş Assambleyasında Ukrayna tərəfindən təqdim edilən qətnamə 93 lehinə, 18 əleyhinə və 65 bitərəf səslə qəbul olunub. Qətnaməyə qarşı çıxan ölkələr arasında ABŞ, Rusiya, İsrail, Macarıstan və Şimali Koreya da olub.

ABŞ-ın təklif etdiyi qətnamə də qəbul edilib, lakin Avropa ölkələrinin düzəlişlərindən sonra ilkin versiyasından fərqli olub. Səsvermə zamanı 93 ölkə lehinə, 8 ölkə əleyhinə səs verib, 73 ölkə isə bitərəf qalıb. Avropa düzəlişləri səbəbindən ABŞ öz sənədinə səs verməkdən çəkinib.

Təhlükəsizlik Şurasında isə fərqli bir vəziyyət yaranıb. ABŞ qətnaməsinin ilkin versiyası qəbul edilib və Rusiya, Çin, Pakistan, Əlcəzair, Panama və digər ölkələrin dəstəyini qazanıb. Böyük Britaniya, Fransa, Yunanıstan və Danimarka isə bitərəf qalıb. Bu, 2022-ci ildən bəri Ukrayna məsələsində ABŞ, Rusiya və Çinin ilk dəfə konsensusa gəlməsi olub.

Doroti Şi qətnamənin "sülhə aparan ilk addım" olduğunu vurğulayıb. O bildirib ki, bu sənəd BMT Nizamnaməsinin ruhunu əks etdirir və müharibənin dayandırılmasına kömək edə bilər.

Təhlükəsizlik Şurasında müzakirələr gərgin keçib. Böyük Britaniya, Fransa və digər Avropa ölkələri səsverməni fevralın 25-nə qədər təxirə salmağa çalışsalar da, ABŞ buna qarşı çıxıb və nəticədə təklif rədd edilib.

Böyük Britaniya, Fransa, Yunanıstan və Danimarka tərəfindən təqdim olunan və Rusiyanın təcavüzkar adlandırılmasını nəzərdə tutan düzəlişlər ya kifayət qədər səs toplamayıb, ya da Rusiya tərəfindən bloklanıb. Həmçinin, Rusiyanın münaqişəni "Ukrayna ətrafında münaqişə" adlandırmaq və onun "köklü səbəblərinin" araşdırılmasını tələb edən düzəlişləri də qəbul edilməyib.

Fransa və Böyük Britaniya qətnaməni veto etməsə də, səsvermədə bitərəf qalıb və nəticədə sənəd qəbul edilib.

Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord bildirib ki, "ədalətli və BMT Nizamnaməsinə uyğun bir sülh" olmadan münaqişənin dayandırılması mümkün deyil. O vurğulayıb ki, "Rusiya ilə Ukrayna eyni tutulmamalıdır və münaqişənin köklü səbəbləri müəyyən edilməlidir".

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya isə Avropa ölkələrini "hərbi ritorikanı gücləndirməkdə" ittiham edib və qəbul edilən qətnaməni "sülhə yönələn ilk real addım" kimi qiymətləndirib. O, "Avropa ölkələrinin münaqişənin həllində deyil, onun uzadılmasında maraqlı olduğunu" iddia edib.

Çinin BMT-dəki daimi nümayəndəsi Fu Tsun isə qətnaməni dəstəklədiklərini və beynəlxalq ictimaiyyəti Ukrayna məsələsində dialoqun bərpasına töhfə verməyə çağırdıqlarını bildirib.

Doroti Şi isə qəbul edilən qətnamənin BMT Təhlükəsizlik Şurasının üç il ərzində Ukrayna ilə bağlı qəbul etdiyi ilk sənəd olduğunu vurğulayıb və onun "sülhə aparan yol" açacağına ümid etdiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Fevral 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri