Icma.az
close
up
RU
Ukrayna üçün minimum itki Krımın itirilməsidir POLİTOLOQ

Ukrayna üçün minimum itki Krımın itirilməsidir POLİTOLOQ

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Donald Tramp Putin və Zelenskini sülh masasına oturda biləcək


Rusiya üçün də maksimum güzəşt Donbas ərazisinin hansısa statusla, xüsusi hüquqlarla Ukraynaya qaytarılmasıdır


ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib. Tramp detalları və Putinlə neçə dəfə danışdığını açıqlamayıb. Bununla belə, o vurğulayıb ki, Vladimir Putin döyüş meydanında qətliama görə narahatdır: “O, insanların ölməsinin dayandırmasını istəyir. Bütün bu ölülər... Gənc, gözəl insanlar. Onlar sizin övladlarınız kimidirlər, artıq iki milyondur (ölənlərin sayı – red.) - və heç bir səbəb olmadan”. Tramp bir daha təkrarlayıb ki, 2022-ci ildə prezident olsaydı, bu üç illik müharibə heç vaxt baş verməzdi: “Mənim Putinlə həmişə yaxşı münasibətim olub. Bayden ölkəmiz üçün biabırçılıq idi. Tam biabırçılıq”. Tramp iddia edib ki, onun müharibəni bitirmək üçün konkret planı var: “Ümid edirəm ki, bu, tez baş verəcək. İnsanlar hər gün ölür. Ukraynadakı bu müharibə çox dəhşətlidir. Mən bu lənətə gəlmiş işə son qoymaq istəyirəm”. Təyyarənin göyərtəsindəki ofisində ona qoşulan milli təhlükəsizlik müşaviri Mayk Uoltsa müraciət edən ABŞ prezidenti deyib: “Gəlin bu görüşləri keçirək. Onlar görüşmək istəyirlər. İnsanlar hər gün ölür. Gənc, yaraşıqlı əsgərlər ölür. Gənc oğlanlar, mənim oğlanlarım kimi… Hər iki tərəfdən. Döyüş meydanında”. Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı ilə bağlı şərh verməkdən imtina edib. Peskov jurnalistlərə açıqlamasında bu xəbəri nə təsdiq, nə də təkzib edə biləcəyini deyib: “Vaşinqtonda administrasiya öz işini açdıqca, bir çox fərqli kommunikasiyalar ortaya çıxır. Və bu kommunikasiyalar müxtəlif kanallar vasitəsilə həyata keçirilir. Təbii ki, bu ünsiyyətlərin çoxluğu fonunda şəxsən mən nəyisə bilmərəm, nədənsə xəbərsiz ola bilərəm. Ona görə də bu halda mən bunu nə təsdiq, nə də təkzib edə bilirəm”.


Politoloq Turab Rzayev bildirib ki, D.Trampın bəzi ölkələrdə biznesi olduğundan, dünya liderləri ilə də yaxşı münasibətləri olub. Siyasi şərhçi qeyd edib ki, Tramp Putinlə şəxsi münasibətlərini qabardır: 


"Bu, həm də diplomatik dildir. Ancaq diplomatiyada "amma"dan sonrakı hissə maraqlıdır. Tramp Baydendən fərqli olaraq, Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etmək, ciddi hərbi-siyasi gedişlər etmək iqtidarındadır. Kifayət qədər cəsarətli bir şəxsdir. Həqiqətən də dediyini edə bilər. Trampın Rusiyadan əsas istəyi sülhdür. Amma sülh ilə bağlı Rusiya rəhbərinin də öz istəkləri var. Ona görə də "yaxşı münasibətlər"in olmasına baxmayaraq, Tramp Putinə qarşı ciddi təzyiqlər edəcək. Yəqin ki, Zelenski üzərində də təzyiq olacaq. Faktiki olaraq Tramp burada iki tərəfi də öz “yol xəritəsi”nə məcbur etmək fikrindədir. Sülh üçün danışmaq çox tezdir, əgər ortada atəşkəs olacaqsa, iki tərəf ortaq mövqeyə gəlməlidir". 


Ekspert vurğulayıb ki, danışıqlarda Krım müzakirə mövzusu olmayacaq. Çünki Krım Rusiya üçün "qırmızı xətt"dir, tarixi-siyasi, mənəvi əhmiyyəti var: 

"Şəxsən, Prezident Vladimir Putin üçün böyük əhəmiyyəti var. Putin özünü Krımın "yeni fatehi" kimi təqdim edir. Hətta bununla bağlı metal pullar da dövriyyəyə buraxılmışdı. Müzakirə yəqin ki, Donbasla bağlı gedəcək. Rusiya həmin bölgədə özünə ilhaq etdiyi 4 vilayəti istəyir. Moskvanın atəşkəs şərtinə görə, ona əlavə torpaqlar da verilməlidir. Məsələn, Zaporejye və Xerson vilayətinin qalan əraziləri verilməlidir. İstəyir ki, maksimum nəsə əldə etsin. Ukrayna isə tamamilə rus qoşunlarını öz sərhədlərindən çıxarmaq istəyir. Hətta Krımı da geri tələb edir. Düşünürəm ki, Krımın Rusiyada qalması, Donbas bölgəsinin isə hansısa şərtlər daxilində dondurulması mümkündür. Yəni münaqişə belə həll oluna bilər, daha doğrusu, məhəlli xarakter ala bilər. Rusiya rəsmi olaraq Ukraynanın ərazi bütövlüyünü tanıyaraq oradan çıxa bilər. Ukrayna parçalanmaya bilər. Faktiki olaraq Cənubi Osetiyanı itirməsi Gürcüstanı parçalamadı. Qarabağın 30 illik işğalı da Azərbaycanı parçalaya bilmədi. Sadəcə, dondurulmuş münaqişədən söhbət gedir. Hansısa dövrdə federallaşma ola, sözügedən ərazidə ruslara müəyyən statuslar verilə bilər".


T. Rzayev qeyd edib ki, indiki halda müharibənin tam dayandırılması Donald Trampa da lazım deyil: 

"Münaqişənin konservləşdirməsi həm də Ukrayna üçün bir şans yaradır. Kiyev 5-10 il sonra Rusiyanın zəifləməsindən, beynəlxalq geosiyasətdə yaranmış daha uyğun vəziyyətdən istifadə etməklə problemi çözə bilər. Amma hesab edirəm ki, Ukrayna üçün minimum itki Krımın itirilməsidir. Rusiya üçün də maksimum güzəşt Donbas ərazisinin hansısa statusla, xüsusi hüquqlarla Ukraynaya qaytarılmasıdır. İstənilən halda vurğuladıqları hər iki ölkənin siyasi elitasında böyük çaxnaşmaya səbəb olacaq. Təbii Kreml rəhbərinə sual edəcəklər ki, milyondan çox insan niyə, nəyin uğruna həyatını itirdi? Niyə qardaş Ukrayna xalqına qarşı qırğınlar törətdik? Zelenskiyə deyəcəklər ki, əgər Krımın işğalı ilə barışacaqdınsa, Moskva ilə danışıqlara girəcəkdinsə, o halda niyə Ukrayna viran edildi? Ukrayna əhalisinin yarıdan çoxu ölkədə deyil".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:312
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Fevral 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri