Ukrayna üzrə danışıqların növbəti raunduna dair Uitkoffdan AÇIQLAMA
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Moskvada danışıqlardan sonra bildirib.
"Hesab edirəm ki, müəyyən irəliləyiş əldə edilib. Düşünürəm ki, bu, hələ bu gün daha əvvəl nəzərə çarpırdı. Əbu-Dabidə çoxları bizim üçtərəfli danışıqları bərpa edəcəyimizi gözləmirdi. Lakin biz bunu etdik. Üstəlik, biz artıq yeni görüşün keçirilməsi barədə razılığa gəlmişik. ABŞ Prezidenti Donald Tramp da məhz bunu istəyir", - Uitkoff qarşıdan gələn görüşün detallarını açıqlamadan deyib.
Onun sözlərinə görə, Ukraynanın nizamlanması üzrə danışıqların növbəti raunduna avropalılar da qoşulacaqlar.
Uitkoff və Cared Kuşner, həmçinin hazırda Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanması istiqamətində irəliləyişə nail olmaq üçün yeni imkanların yarana biləcəyini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 12 Noyabr 2026 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















