Ukrayna və AB Rusiyanın dondurulmuş aktivləriylə bağlı saziş imzaladı
Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.
- +
Ukraynanın maliyyə naziri Sergey Marçenko Avropa İttifaqı ilə Ukrayna üçün Kredit Əməkdaşlığı Mexanizminin (ULCM) başlanması barədə saziş imzalayıb.
Tribunainfo.az xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, bu Mexanizm Ukraynaya 45 milyard avroya qədər olan məbləğlərin xidmət edilməsi və qaytarılması üçün hüquqi çərçivə yaradacaq.
“Mexanizm G7 ERA təşəbbüsü çərçivəsində tərəfdaşlardan cəlb edilmiş kreditin əsas məbləğini, faizlərini və digər kreditlə bağlı xərcləri ödəmək üçün Rusiyanın dondurulmuş suveren aktivlərindən əldə olunan gəlirlərin istifadəsinə imkan verəcək”, – deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, ULCM vasitəsilə əldə edilən vəsait yalnız Ukraynaya G7-nin əlavə kredit təşəbbüsü çərçivəsində verilən müvafiq kreditləri ödəmək üçün istifadə edilə bilər. Bu kreditlər isə Ukraynanın büdcəsinə əlavə gəlirlərin daxil olmasına kömək edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 05 Dekabr 2024 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















