Icma.az
close
up
RU
Ukrayna və ABŞ heyətləri Səudiyyə Ərəbistanına uçdu Sabah müharibədə atəşkəs elan oluna bilər...

Ukrayna və ABŞ heyətləri Səudiyyə Ərəbistanına uçdu Sabah müharibədə atəşkəs elan oluna bilər...

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanında ABŞ-la danışıqlarda Ukrayna nümayəndələri Rusiyaya qismən atəşkəs təklif etmək niyyətindədirlər. Ukrayna tərəfi ümid edir ki, danışıqlarda irəliləyiş Vaşinqtonu kəşfiyyat məlumatlarının mübadiləsini və hərbi yardımı dayandırmaq qərarından dönməyə məcbur edəcək.

“AzPolitika” bildirir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən yazıb.

Atəşkəsin pilotsuz təyyarələrdən və uzaqmənzilli raketlərdən istifadəni, eləcə də Qara dənizdəki döyüş əməliyyatlarını əhatə edəcəyi gözlənilir.

"Səudiyyə Ərəbistanında Ukrayna və Amerika hakimiyyəti arasında istənilən danışıqların məqsədi, xüsusən də yardımın bərpası ilə bağlı razılığa gəlmək olacaq", - Ali Radanın Milli Təhlükəsizlik üzrə parlament komitəsinin üzvü Fedir Venislavski bir müddət əvvəl bildirib.

Ukrayna nümayəndə heyəti bazar ertəsi Səudiyyə Ərəbistanına yola düşüb. ABŞ dövlət katibi Marko Rubio “prezidentin Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədini irəli sürmək” üçün danışıqlar aparmaq üçün bazar ertəsindən çərşənbə gününə kimi Səudiyyə Ərəbistanının Ciddə şəhərində olacaq.

“Reuters” iki ABŞ rəsmisinə istinadən xəbər verir ki, ABŞ nümayəndə heyəti digər məsələlərlə yanaşı, Ukraynanın müharibəni dayandırmaq üçün Rusiyaya əhəmiyyətli güzəştlərə getməyə hazır olub-olmadığını müəyyən etmək üçün görüşdən istifadə etməyi planlaşdırır.

“Siz “mən sülh istəyirəm”, “mən heç nəyə güzəştə getməkdən imtina edirəm” deyə bilməzsiniz”, - agentliyin mənbələrindən biri bildirib.

İkinci bir məmur deyib ki, ABŞ nümayəndə heyəti ukraynalıların təkcə sülhdə deyil, real sülhdə maraqlı olub-olmadığını öyrənmək istəyir.

“Əgər onları yalnız 2014 və ya 2022-ci il sərhədləri maraqlandırırsa, bu bir şey deyir”, - mənbə əlavə edib.

Rubionun danışıqlara ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Valst və Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffun qatılacağı gözlənilir. “Reuters”in məlumatına görə, Ukrayna nümayəndə heyətinə Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak başçılıq edəcək.

CNN yazır ki, ABŞ nümayəndələri Səudiyyə Ərəbistanında Rusiya nümayəndə heyəti ilə də görüşəcəklər. Telekanalın mənbəsi danışıqlarda kimin iştirak edəcəyini açıqlamaqdan imtina edib.

Bazar günü ABŞ Prezidenti Donald Tramp deyib ki, Birləşmiş Ştatlar Ukrayna ilə kəşfiyyat məlumatlarını demək olar ki, bərpa edib. O,əlavə edib ki, Kiyevlə qarşıdakı danışıqlardan yaxşı nəticələr gözləyir.

Martın 4-də Donald Tramp Ukraynaya hərbi yardımın dayandırılması barədə göstəriş verib. Ağ Evin sözçüsü bildirib ki, Tramp Ukraynanın Rusiya ilə sülhə sadiqliyini nümayiş etdirdiyinə əmin olana qədər sərəncam qüvvədə qalacaq. Az sonra məlum oldu ki, ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırıb.

Donald Tramp Ukrayna və Rusiya arasında tezliklə sülh sazişinin əldə olunmasında israrlıdır. Bu yaxınlarda o, Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinə söz vermişdi. O, “Truth” sosial şəbəkəsində yazıb ki, yekun sülh razılaşması əldə olunana qədər Rusiyaya qarşı irimiqyaslı bank sanksiyaları və tarifləri nəzərdən keçirir.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Mart 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri