Ukrayna və Polşa pilotsuz uçuş sistemləri üzrə birgə əməliyyat qrupunun yaradılması barədə razılaşıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kiyev, 18 sentyabr, AZƏRTAC
Ukrayna və Polşa pilotsuz uçuş sistemləri üzrə birgə əməliyyat qrupunun yaradılması barədə razılığa gəlib.
AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Denis Şmıqal Kiyevdə Polşanın müdafiə naziri ilə birgə keçirdiyi brifinqdə bildirib.
“Bu gün biz bir sıra mühüm addımlar barədə razılığa gəldik. Birincisi, Ukrayna və Polşa Silahlı Qüvvələrinin nümayəndələrinin daxil olacağı pilotsuz uçuş sistemləri üzrə birgə əməliyyat qrupunun yaradılmasıdır. Bu qrup Ukrayna və Polşa tərəfinin birgə təşəbbüslərinin əlaqələndirilməsi və inkişafı üçün platformaya çevriləcək. Biz ən son müdafiə texnologiyalarını birləşdirəcəyik və mühüm infrastrukturumuzun mühafizəsini gücləndirən yeni layihələrə başlayacağıq. Bu, birgə əməliyyat qrupunun mərkəzi elementi, birgə təlim proqramları olacaq və əminəm ki, ümumi düşmənlə mübarizə qabiliyyətimizi gücləndirəcək”, - deyə Şmıqal vurğulayıb.
Şmıqal məlumat verib ki, ikinci saziş Ukrayna və Polşa müdafiə-sənaye müəssisələri arasında əməkdaşlığı gücləndirməkdən ibarətdir: “Ukrayna pilotsuz sistemlər sahəsində dünya lideridir, ona görə də biz hava, dəniz, yerüstü pilotsuz təyyarələr, robot sistemləri istiqamətində birgə layihələr hazırlamağa hazırıq”.
O əlavə edib ki, əməkdaşlığın digər prioriteti ballistik raketlər və süni intellektdir ki, bu da ümumi təhlükəsizlik və düşmənin qarşısının alınması üçün müasir texnologiyaları daha sürətli inteqrasiya etməlidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 18 Sentyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















