“Ukrayna xalq nağılları” nəşr olunub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 27 avqust, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsi tərəfindən “Ukrayna xalq nağılları” kitabı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitabda müxtəlif illərdə Azərbaycan dilinə tərcümə olunmuş Ukrayna xalq nağılları toplanıb.
Nəşrin redaktoru filologiya üzrə elmlər doktoru, professor Gülər Abdullabəyova, tərtib edən və nəşrə hazırlayan filologiya üzrə fəlsəfə doktoru Məlahət Qədirova, rəsm tərtibatçıları isə Eyyub və Kamil Qədirov qardaşlarıdır.
Kitabda “Dabbağ Kiril”, “Dədəliyə götürülmüş kişi”, “Əlcək”, “Saman dana”, “Sünbül”, “Uçan gəmi”, “Noxud oğlan” və “Ox” adlı Ukrayna xalq nağılları yer alıb.
Nəşr Ukrayna xalq yaradıcılığının Azərbaycan oxucusuna təqdim olunması və iki xalqın ədəbi-mədəni əlaqələrinin öyrənilməsi baxımından mühüm mənbədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 27 Avqust 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















