Ukrayna yenə Kazanı HƏDƏFƏ ALDI
Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kazanda yeni partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb .
Yerli sakinlərin sözlərinə görə, partlayış dekabrın 21-də səhər saatlarında dronların hücumuna məruz qalmış "Azure Skies" yaşayış kompleksinin yaxınlığında yerləşən "Art City" yaşayış kompleksinin ərazisində baş verib.
Hadisə şahidləri tüstünün videolarını yayımlayıblar.
İlkin məlumatlara görə, istehkamçılar səhər hücumu zamanı partlamayan pilotsuz təyyarələrdən birinin döyüş sursatını məhv ediblər.
Xatırladaq ki, dekabrın 21-də Kazana pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum edilib. Ümumilikdə səkkiz PUA qeydə alınıb. Hadisə nəticəsində iki yaşayış binasına və bir azmərtəbəli yaşayış binasına ziyan dəyib.
PUA-lar sənaye müəssisələrindən birini də hədəfə alıb. Səlahiyyətlilər xəsarət alan olmadığını bildirir.
Bu, Kazana ilk PUA hücumu olub. Bundan əvvəl PUa-lar Yelabuqa , Nijnekamsk və respublikanın bir sıra bölgələrinə hücum edib.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 22 Dekabr 2024 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















