Ukrayna Zelenski Putin görüşünün təşkili üçün Türkiyə müraciət edib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Kiyev Türkiyəyə və bir sıra digər ölkələrə prezidentlər Vladimir Zelenski və Vladimir Putin arasında görüş təşkil etmək üçün sorğu göndərib.
Bu barədə “İnterfaks-Ukrayna” məlumat verib.
Sibiqa qeyd edib ki, Xarici İşlər Nazirliyi Türkiyəyə konkret müraciət edib və həmçinin “müəyyən paytaxtlar”dan kömək istəyib. Lakin o,konkret ölkələrun adını çəkməyib.
Nazir Moskva və Minski danışıqlar üçün mümkün məkan kimi istisna edib: “Əgər Moskva və Minskdən başqa bir paytaxt belə bir görüş təşkil etsə, biz gedəcəyik. Və bu, bizim üçün vacibdir”.
O qeyd edib ki, Ukrayna tərəfi “yeni diplomatik impuls qazanmaq” üçün görüşdə maraqlıdır.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 22 Aprel 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















