Ukraynada çağırış yaşı aşağı salınır
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Ukraynada hərbi xidmətə çağırış yaşı aşağı salına bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, belə bir iddia ilə Rusiya XİN-in sözçüsü Maria Zaxarova çıxış edib.
Zaxarova bildirib ki, Kiyev rejimi çağırış yaşını aşağı salmağa hazırlaşır.
"Qərblilərin Kiyev rejiminə kömək etmək üçün verdiyi bütün vədlərin müqabilində Qərb sponsorları Zelenskidən Ukraynada səfərbərliyi artırmağı, ilk növbədə, çağırış yaşını azaltmağı tələb edirlər”,-deyə Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, avropalılar yeni qaçqın axınının qarşısını almaqdan narahatdırlar:
"Bu məqsədlə bir sıra Avropa ölkələri artıq Ukrayna vətəndaşlarının müvəqqəti müdafiəsi və onların sığınacaq almaq şərtlərinin sərtləşdirilməsi üzrə milli proqramlardan mərhələli şəkildə imtina etməyə başlayıblar".
Fuad
Bu mövzuda digər xəbərlər:Ukraynada çağırış yaşı endirilə bilər
08 Yanvar 2026 00:02
Ukraynada çağırış yaşı 18ə endirilməlidir Trampın müşaviri
12 Yanvar 2025 20:13
Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 18:38
Ukraynada yaşayan azərbaycanlılara çağırış edilib
20 Noyabr 2024 17:43
Baxış sayı:88
Bu xəbər 20 Noyabr 2025 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















