“Ukraynada demokratiya ilə bağlı vəziyyət faciəvidir” Kobaxidzenin Zelenskiyə cavab
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“Ukraynada demokratiya ilə bağlı vəziyyət faciəvidir. Gürcüstan isə həm insan haqları, həm də demokratiya baxımından bütün namizəd ölkələrdən on dəfə üstündür”.
525.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ukrayna prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyasındakı bəyanatına cavab olaraq bildirib.
“Demokratiya və insan haqları baxımından Ukraynadakı vəziyyətə gəlincə, orada vəziyyət həm demokratiya, həm də insan haqları baxımından faciəvidir. Belə bir vəziyyətdə insanlar Gürcüstanda demokratiyadan, insan haqlarından danışmağa başlayanda bu, özü-özlüyündə nonsesdir. Gürcüstan Avropa İttifaqına namizəd ölkələr arasında, o cümlədən demokratiya və insan haqları baxımından şəksiz liderdir. Biz həm insan haqları, həm də demokratiya baxımından bütün namizəd ölkələrdən üstünük”, - Baş nazir qeyd edib.
Xatırladaq ki, BMT Baş Assambleyasında çıxış edən Zelenski bildirib ki, Avropa Gürcüstanı itirir. O, Gürcüstanda insan haqlarının vəziyyətinin pisləşdiyini də söyləyib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 25 Sentyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları![Şəkidə 24 yaşlı oğlan 50 yaşlı kişini qətlə yetirdi Hadisənin TƏFƏRRÜATI/red]](https://icma.az/media/photos/15_11_2025/516707d3-6080-406b-bd69-a673ff55a496.webp)



















