Icma.az
close
up
RU

Ukraynada əhalinin 40 faizinin yardıma ehtiyacı var

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukrayna humanitar yardım koordinatoru Matias Şmale 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Schmale Ukraynada 12 mindən çox dinc sakin həlak olub və əhalinin təxminən 40 faizinin humanitar yardıma ehtiyacı olduğunu bildirib.

Schmale qeyd edib ki, BMT bu ilki Ukrayna Humanitar Müdaxilə Planı çərçivəsində 8,5 milyon insana yardım və müdafiə təmin etməyi hədəfləyir.

Ukraynada infrastruktura hücumlar olduğunu bildirən Şmale 2022-ci ilin fevralından bu yana səhiyyə müəssisələrinə 2 mindən çox hücumun edildiyini bildirib.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Noyabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri