Icma.az
close
up
RU
Ukraynada SORĞU Əhalinin neçə faizi qələbəyə inanır?

Ukraynada SORĞU Əhalinin neçə faizi qələbəyə inanır?

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Ukraynalıların mütləq əksəriyyəti ölkələrinin müharibədə qələbə qazanacağına əmindir: rəyi soruşulanların 59%-i buna tam əmin olduğunu, daha 23%-i isə Ukraynanın qələbə çalacağını düşündüyünü bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) iyulun 16–31-də keçirdiyi sorğunun nəticələri göstərir.
Tədqiqatın nəticələrinə görə, respondentlərin 82%-i müharibənin Ukraynanın qələbəsi ilə başa çatacağına inanır.
Bununla yanaşı, ukraynalıların 39%-i hazırda döyüş meydanında üstünlüyün Ukrayna tərəfində olduğunu hesab edir. Rəyi soruşulanların 7%-i vəziyyətin Rusiyanın xeyrinə dəyişdiyini, 32%-i tərəflərdən heç birinin üstünlüyə malik olmadığını bildirib, 22%-i isə cavab verməkdə çətinlik çəkib.
Müharibə neçənci ildə bitəcək?
Döyüş əməliyyatlarının yekunlaşma müddətinə gəlincə, respondentlərin 22%-i müharibənin 2026-cı ilin sonuna qədər başa çatacağını gözləyir. 13% hərbi əməliyyatların 2027-ci ilin birinci yarısında bitəcəyinə ümid edir, 39% isə müharibənin 2027-ci ilin ikinci yarısında və ya daha sonra yekunlaşacağını düşünür. Respondentlərin 26%-i isə dəqiq müddət proqnozlaşdıra bilməyib.
 

Bundan əlavə, ukraynalıların 63%-i ölkənin gələcəyini optimist qiymətləndirir və 10 ildən sonra Ukraynanın Avropa İttifaqının üzvü olacağına, çiçəklənən iqtisadiyyata malik ölkəyə çevriləcəyinə inanır. 23% pessimism nümayiş etdirərək ölkənin dağılmış vəziyyətdə qalacağını ehtimal edib, 14% isə mövqeyini müəyyənləşdirməyib.


Qeyd edək ki, sorğu iyulun 16–31-də CATI və şəxsi müsahibə üsulu ilə keçirilib. Tədqiqatda Ukraynanın nəzarətində olan ərazidə yaşayan 18 yaşdan yuxarı 1808 vətəndaş iştirak edib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Avqust 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri