Ukraynada hər 5 dəqiqədə bir rus əsgər ölür Dəhşətli RƏQƏMLƏR
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilin sentyabr ayının sonuna qədər Ukraynaya qarşı müharibədə azı 490 min rusiyalı hərbçi həlak olub. Ölənlərin sayının 720 mini keçə biləcəyi ehtimal edilir.
Modern.az xəbər verir ki, bu barədə “Meduza” və “Mediazona” nəşrlərinin birgə araşdırmasında bildirilir.
Araşdırma Rusiya Federal Dövlət Statistika Xidmətinin (Rosstat) haker hücumu nəticəsində ələ keçirilmiş sənədləri əsasında aparılıb. Tədqiqatçıların qənaətinə görə, ölüm hallarının qeydiyyatında gecikmələr nəzərə alınarsa, müharibədə həlak olan rusiyalı hərbçilərin real sayı 720 mini ötə bilər.
Məlumatların iki böyük bazası emal edildikdən sonra jurnalistlər 2021-ci ilin əvvəlindən 2026-cı il sentyabrın 29-dək olan dövrü əhatə edən təxminən 11,66 milyon unikal ölüm qeydi əldə ediblər.
Ukraynaya qarşı döyüşlərdə həlak olanların müəyyənləşdirilməsi üçün ölüm səbəbi və yeri, hərbi xidmətlə bağlı məlumatlar və digər müxtəlif göstəricilər əsas götürülüb.
Məlumatların həqiqiliyi vərəsəlik işləri reyestri, məhkəmə qərarları, VVAQ orqanlarından əldə edilmiş digər məlumat sızmaları və "Rosstat"ın əvvəllər dərc etdiyi statistik göstəricilər əsasında yoxlanılıb.
Xüsusilə, tədqiqatçılar “Mediazona”nın BBC-nin Rusiya xidməti ilə birlikdə apardığı adbaad siyahıda yer alan həlak olmuş hərbçilərin 95,1 faizi barədə qeydləri tapıblar. Ölənlərin demək olar ki, hamısı kişilərdir.
Digər müstəqil media qurumlarının araşdırmaları
Bu istiqamətdə digər müstəqil media qurumları da araşdırma aparıblar.
“The Insider” nəşri azı 472 min hərbçinin həlak olduğunu hesablayıb. Ölüm hallarının qeydiyyatındakı gecikmələr nəzərə alınarsa, sentyabrın sonuna bu rəqəm 485 minə çata bilərdi. Nəşr həmçinin həlak olan 370 mindən çox hərbçinin adını müəyyənləşdirib.
“Novaya qazeta Avropa” nəşrinin hesablamalarına görə isə Ukraynada 18-64 yaş aralığında 490 min rusiyalı hərbçi həlak olub.

“Vacib hekayələr” (“Vajnie istorii”) nəşri isə məlumat sızmasında 2022-ci il fevralın 24-dən 2026-cı il sentyabrın 28-dək rusiyalı hərbçilərin ölümü ilə bağlı 499 mindən çox qeyd aşkar edib.
Tədqiqatçılar müəyyən ediblər ki, 2022-ci ildə Rusiya gündə orta hesabla 60 hərbçi itirib. 2023-cü ildə bu göstərici 150-yə, 2024-cü ildə 400-dən çoxa yüksəlib. 2025-ci ildə isə gündəlik itkilərin sayı 584 nəfərə çatıb.
Məlumat bazasının əhatə etdiyi 1678 gün ərzində həlak olanların ümumi sayını günlərin sayına böldükdə belə nəticə alınır ki, Ukraynada orta hesabla hər 5 dəqiqədən 1 bir rusiyalı hərbçi həyatını itirir.
Sibir və Uzaq Şərq bölgələri daha çox itki verib
Əhalinin sayına nisbətdə müharibədən ən çox zərər çəkən ərazilər Rusiyanın Uzaq Şərq və Sibir bölgələri olub.
Belə ki, hər 100 min nəfərə düşən həlak olmuş hərbçilərin sayı Yəhudi Muxtar Vilayətində təxminən 1000 nəfər, Zabaykal diyarında 800 nəfər, Çukotkada 760 nəfər, Tıva Respublikasında isə 650 nəfər təşkil edir.
Müqayisə üçün qeyd edək ki, Moskvada hər 100 min nəfərə düşən həlak olmuş hərbçilərin sayı 63 nəfərdir.
Həlak olan hərbçilərin orta yaşı artıb
Araşdırmada rusiyalı hərbçilərin yaş göstəriciləri ilə bağlı da diqqətçəkən nəticələr əldə olunub.
Həlak olan rusiyalı əsgərlərin median yaşı 2022-ci ildəki 33-dən 2026-cı ildə 40-a yüksəlib.
Müharibə 18-19 yaşlı 7 mindən çox gəncin həyatına son qoyub. Onların təxminən yarısı 2025-ci ildə həlak olub.
Araşdırmaya görə, 16 nəfər yetkinlik yaşına çatdıqdan sonra ilk bir ay ərzində həyatını itirib.
A.Qorxmaz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 24 Noyabr 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















