Ukraynada İran izi: İlk vizual sübut ortaya çıxdı
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
İlk dəfə Ukraynada Rusiya Silahlı Qüvvələri ilə yanaşı döyüşən iranlı muzdluları əks etdirən videogörüntülər ortaya çıxıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Videodan göründüyü kimi, fars dilində danışan iranlı əsgər ruslarla ünsiyyət qurmaqda çətinlik çəkir.
Videonun 50-ci saniyəsində iranlı muzdlu ayağının zədələnməsindən şikayət edərək, farsca danışmağa başlayır.
Qeyd edək ki, İranın Rusiyaya göstərdiyi hərbi dəstək uzun müddətdir ki, beynəlxalq səviyyədə müzakirə mövzusudur. Bu görüntülər isə həmin dəstəyin yalnız silah və "Şahed" kamikadze dronları tədarükü və maliyyə yardımı ilə məhdudlaşmadığını, hətta döyüş meydanında iranlı muzdluların da Rusiya ordusunun yanında aktiv rol aldığını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 02 İyun 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















