UKRAYNADA MATƏM ELAN EDİLDİ Foto + VİDEO
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məktəb və xəstəxana vuruldu - 26 mülki şəxs həlak oldu
Zelenskidən ukraynalılara xəbərdarlıq
Dünən Rusiya qüvvələri Ukraynanın Zaporojye vilayətindəki Kamışevaxa kəndinə hava hücumu həyata keçirib.
“AzPolitika” xəbər verir ki, bu hücumla bağlı bəyanat yayan Ukrayna Prezidenti Volodimir Zelenski 26 nəfərin həlak olduğunu açıqlayıb.
O bildirib ki, ilk bombalar səhər saatlarında humanitar yardım paylanmaq üçün istifadə edilən məktəbə atılıb. Daha sonra insanların yaşadığı sığınacağa da hücum olub. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, ölənlər arasında iki xilasedici və dörd polis əməkdaşı da var.
Humanitar yardım paylama məntəqəsinin bombalanmasının ətraf kəndlərdən insanların çörək almağa gəldiyi səhər saat 10 ilə 11 arasında baş verdiyi bildirilir. Hücum nəticəsində İnzibati Xidmətlər Mərkəzinin əməkdaşı və humanitar qərargahın rəhbəri də həlak olub.
İki xilasedici də daxil olmaqla beş nəfər xəstəxanaya yerləşdirilib. Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri Mixail Semikinin sözlərinə görə, daha 20 nəfərin taleyi məlum deyil. O deyib ki, Rusiya qüvvələri Kamışevaxanın mərkəzinə qəsdən ən azı doqquz “FAB-3000” idarə olunan hava bombası atıb. Dağıntıların təmizlənməsi davam edir. Bu gün Zaporojye vilayətində matəm günü elan edilib.
"Bu Rusiya hücumunun qurbanlarının əksəriyyəti humanitar yardım üçün gələn mülki şəxslər və ilk hücumdan sonra artıq onlara kömək etməyə gələnlər idi. Ruslar bunun mahiyyət etibarilə humanitar bir obyekt olduğunu bilirdilər. Dünyanın buna reaksiya verməsi vacibdir", - deyə Zelenski bildirib.

Ötən gecə Xarkovda da mülki obyektlərə zərbələr endirilib. Hücum zamanı Rusiya raketlərindən biri xəstəxanaya düşüb və nəticədə azı 62 nəfər yaralanıb.
Bu barədə Xarkov meri İqor Terexov məlumat verib. O, tibb müəssisəsinə endirilən zərbə nəticəsində xəstəxana binasında və ətrafdakı çoxmərtəbəli binalarda ciddi xəsarətlər olduğunu bildirib.
"Hər kəs tibbi yardım alır. 226 xəstə digər tibb müəssisələrinə təxliyə olunur", - deyə o əlavə edib.
Ancaq Rusiya bununla kifayətlənmir və yenidən Ukraynaya qarşı kütləvi hücuma hazırlaşır. Enerji və logistika əsas hədəf olaraq qalır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”-da dərc etdiyi axşam müraciətində bildirib. O, ukraynalıları yeni kütləvi hücumla bağlı xəbərdar edib.

"Kəşfiyyat məlumatlarından bilirik ki, Rusiya ölkəmizə qarşı yeni kütləvi hücum hazırlayır. Əsasən enerji və logistikaya", - deyə Zelenski bildirib.
Ukrayna Prezidentinin sözlərinə görə, Rusiya dünyanın 3 noyabrda keçiriləcək ABŞ seçkilərini izləyəcəyini bilir: "Və Ukraynadakı hadisələr, hava hücumundan müdafiə raketləri ilə bağlı çətinliklərimiz dünyanın diqqətindən kənarda qalacaq".
Zelenski eyni zamanda əlavə edib ki, "Rusiyanın nefti yanacaq”, çünki Ukrayna Rusiyanın hücumlarına cavab olaraq haqlı zərbələr endirir və endiriləcək.
C.Məmmədli
“AzPolitika.info”
Baxış sayı:46
Bu xəbər 03 Noyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















