Icma.az
close
up
RU
Ukraynada müharibə 2025ci ildə bitəcəkmi: Zelenskinin proqnozu

Ukraynada müharibə 2025ci ildə bitəcəkmi: Zelenskinin proqnozu

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynada Rusiya Federasiyasına qarşı tammiqyaslı müharibə 2025-ci ildə başa çata bilər.

Bizimyol.info xəbər verir ki, bu sözləri “Sky News” telekanalına müsahibəsində ölkəmizin Prezidenti Vladimir Zelenski deyib.

Ukrayna lideri söz verib ki, qarşıdurmanın başa çatması üçün hər şey ediləcək. “Gələn il bu müharibəni bitirmək üçün hər cür imkanımız olacaq. Biz bunu edə bilərik, ancaq Avropa ilə, ABŞ-la və təbii ki, Ukrayna ilə birlikdə”, - deyə dövlət başçısı qeyd edib.

Prezident hesab edir ki, müharibə diplomatik yolla başa çata bilər. Onun fikrincə, Amerikanın yeni seçilmiş respublikaçı prezidenti Donald Tramp ölkəni gücləndirməklə Rusiya Federasiyasına böyük təzyiq göstərməyə qadirdir.

Zelenski müharibənin bitməsi ilə bağlı belə proqnoz verib: “Bu, tez baş verə bilər, amma hər şey iradədən asılıdır. Bunu istəyənlərin iradəsindən. Aydındır ki, bu asan proses deyil və bir gündə həll olnacaq məsələ də deyil. Amma bu gələn il baş verə bilər. Mən belə hiss edirəm, amma hər şey digər liderlərin qərarlarından və iradəsindən asılıdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı dəfələrlə Ukrayna dövlətində müharibəni tez bir zamanda bitirəcəyini vəd etsə də, bunun necə olacağını dəqiqləşdirməyib. Tramp gələn il yanvarın 20-də inauqurasiya mərasimi keçirəcək.

Oktyabrın ortalarında Vladimir Zelenski Ali Radada ilk dəfə ukraynalılara rus işğalçıları üzərində qələbə planını təqdim edib. O cümlədən, sənəddə qeyd olunur ki, qalib gəlmək üçün ölkəmizin NATO-ya üzvlük dəvəti alması lazımdır.

Noyabrın sonunda prezident bildirib ki, əgər ölkəmizin qalan hissəsi Alyansa üzvlüyün “çətiri altında” olarsa, Ukrayna tərəfi rusların ələ keçirdiyi əraziləri azad etmədən atəşkəsə razılaşmağa hazırdır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Noyabr 2024 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri