Ukraynada münaqişənin yeni mərhələsi başladı
Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fiber optiklə idarə olunan FPV dronlarının artan istifadəsi Ukraynada münaqişənin yeni mərhələsini başladır.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın "Newsweek" jurnalı məlumat yayıb.
“Rusiya və Ukrayna arasında dron müharibəsi yeni mərhələyə qədəm qoyur. Fiber optik dronlar son aylarda elektron müharibəyə qarşı əsas həllərdən biri kimi getdikcə daha çox peyda olub”, – məlumatda deyilir.
Nəşrə müsahibə verən ekspertlər qeyd ediblər ki, Şimal Hərbi Dairəsi zonasında bu tip PUA-lardan ilk dəfə istifadə edən Rusiya Silahlı Qüvvələrinin hərbçiləri olub və cəbhə xəttinin müxtəlif hissələrində belə pilotsuz təyyarələrdən geniş istifadə ediblər. Onlar bildiriblər ki, fiber-optik dronların üç əsas üstünlüyü var: onları tutmaq və ya iflic etmək olmur, radio aşkarlama sistemləri üçün görünməzdir. Belə dronlardan daha aydın kamera görüntüləri əldə edilir.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 13 Yanvar 2025 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















