Icma.az
close
up
RU
Ukraynada polad istehsalı sənayesi fəaliyyətini dayandırıb

Ukraynada polad istehsalı sənayesi fəaliyyətini dayandırıb

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın Ukraynanın sənaye müəssisələrinə endirdiyi zərbələr nəticəsində ölkədə artıq fəaliyyət göstərən polad istehsalı sənayesi qalmayıb.

Bunu “Financial Times” nəşrinə açıqlamasında “Metinvest” qrupunun baş direktoru Rinat Axmetovun ofisinin rəhbəri Aleksandr Vodoviz bildirib.

Son həftələrdə Rusiya Ukraynanın metallurgiya sənayesinin əsas müəssisələrinə ardıcıl zərbələr endirir. Xüsusilə, Rusiya Silahlı Qüvvələri Zaporojyedə “Metinvest” qrupuna daxil olan “Zaporojstal” zavodlarına bir neçə dəfə hücum edib və nəticədə müəssisələrin bir hissəsi fəaliyyətini məcburi şəkildə dayandırıb.

Dnepropetrovsk vilayətində yerləşən “ArselorMittal Krivoy Roq” və “Kametstal” metallurgiya kombinatları da raket hücumlarına məruz qalıb.

“Financial Times”ın yazdığına görə, Rusiyanın hücumlarından zərər çəkən zavodlar Ukraynadakı polad istehsalının təxminən 90 faizini təmin edirdi. Aleksandr Vodoviz nəşrə açıqlamasında vurğulayıb ki, “Metinvest” zərər görmüş müəssisələrin bərpasına nə qədər vaxt lazım olacağını hələlik qiymətləndirə bilmir.

“GMK Center”in sahə üzrə təhlilinə əsasən, 2025-ci ilə olan məlumata görə, polad istehsalı üzrə ümumi nominal güc ildə təxminən 42 milyon tondan 16,5 milyon tona qədər azalıb.

Zavodların fəaliyyətini dayandırması cəbhəyanı regionlarda böhrana səbəb ola bilər

Daha əvvəl “Metinvest” qrupunun əməliyyat direktoru Aleksandr Mironenko “Forbes Ukraine”a müsahibəsində vurğulayıb ki, Rusiya tərəfindən müəssisələrə endirilən zərbələrlə yanaşı, limanların blokadası, bahalı logistika, elektrik enerjisinin yüksək qiymətləri və Aİ-nin tətbiq etdiyi məhdudiyyətlər də sənayedəki vəziyyətə təsir göstərir.

“2022-2023-cü illərdə şirkətin müharibədən əvvəlki illərdə yaradılmış maliyyə dayanıqlığı ehtiyatı var idi. Bu gün isə artıq belə ehtiyat yoxdur. Təkcə bizdə deyil, heç bir şirkətdə. Dövlət dəstəyi və xarici tərəfdaşların köməyi olmadan biz sadəcə olaraq bu vəziyyətdən çıxa bilməyəcəyik”, - deyə o bildirib.

Mironenko əlavə edib ki, böhran ayrı-ayrı şirkətin hüdudlarını aşıb. “Ekonomikaya pravda” nəşrinin yazdığına görə, polad sənayesindəki böhran səbəbindən cəbhəyanı regionlarda əhalinin dolanışığı ilə bağlı problem daha da kəskinləşə bilər.

Zaporojye, Krivoy Roq və Kamen şəhərləri onları formalaşdıran əsas müəssisələrdən – “Zaporojstal”, “ArselorMittal Krivoy Roq” və “Kametstal” kombinatlarından əhəmiyyətli dərəcədə asılıdır. Bu müəssisələrin fəaliyyətini dayandırması yerli sakinləri əməkhaqqından, regional büdcələri isə vergi gəlirlərindən məhrum edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Sentyabr 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri