Ukraynadakı müharibənin bitməsi üçün əsas şərt açıqlandı
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio Ukraynada müharibənin başa çatdırılmasının yalnız Rusiya və Ukraynanın qarşılıqlı razılığı əsasında mümkün olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Rubio bu barədə Parisdə jurnalistlərə açıqlamasında ABŞ, Rusiya və Ukrayna arasında planlaşdırılan üçtərəfli danışıqlara münasibət bildirərkən danışıb.
Amerika diplomatiyasının rəhbəri qeyd edib ki, Vaşinqton münaqişənin birbaşa tərəfi deyil, lakin onun həlli üçün vasitəçilik səylərini davam etdirmək niyyətindədir.
Onun sözlərinə görə, Prezident Donald Tramp müharibəyə son qoyulmasını özünün əsas siyasi prioritetlərindən biri hesab edir.
Rubio, həmçinin Ukraynada prezident seçkilərinin keçirilməsi məsələsinə toxunub. O bildirib ki, seçkilərin legitimliyinin təmin olunması üçün sabit və təhlükəsiz şəraitin yaradılması vacibdir.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə növbəti danışıqların noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılır.
Ukrayna nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov, Rusiya nümayəndə heyətinə isə Prezidentin köməkçisi Vladimir Medinski başçılıq edəcək. ABŞ-ı danışıqlarda xüsusi nümayəndələr Stiv Uitkoff və Cared Kuşner təmsil edəcəklər./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 10 Noyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















