Icma.az
close
up
RU
Menu

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

Ukraynalı nazir müavini məşhur bakılı idmançı ilə birgə hakim qarşısında SENSASİON TƏFƏRRÜAT

Ukraynalı nazir müavini məşhur bakılı idmançı ilə birgə hakim qarşısında SENSASİON TƏFƏRRÜAT

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

Hurriyyet.az xəbər verir ki, Oleq Bakinski ilə bərabər hakim qarşısına Konstantin Antonoviç Kuçer çıxarılıb. Cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılır.

Oleq Bakinski az ağır xəsarət yetirmə, xuliqanlıq, Konstantin Kiçer isə xuliqanlıq və dələduzluqda ittiham olunur.

İş üzrə zərərçəkən isə ABŞ sanksiyaları altına düşən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapchast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur.

Onun rəhbərlik etdiyi ASC 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb.  Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb.

Valeriy Nikolayeviç Zaxarenkov hazırlıq iclasına qatılmayıb. Onun vəkili Samir İsayev deyib ki, müvəkkili növbəti prosesdə iştirak edəcək.

Hazırlıq iclasında tərəflərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, 63 yaşlı Kostantin Kuçer əvvəllər Ukrayna müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışıb və əvvəllər cinayət məsuliyyətinə cəlb olunmayıb. 8 uşaq atası olan Konstantin Kuçer bir müddətdir ki, Bakının Xətai rayonunda yaşayır.

Hakim təqsirləndirilən şəxslərə tərcüməçi xidməti göstərildiyini deyib. Konstantin Kuçer Ukrayna dilindən tərcüməçi ilə təmin olunmasını xahiş edib, Oleq Bakinski isə ümumiyyətlə tərcüməçiyə ehtiyac duymadığını bildirib: “Mən bakılıyam, Azərbaycan dilində yazıb oxuya bilirəm”.

İclasda Konstantin Kuçerin vəkili Elşad Əliyev müvəkkilinin absurd ittihamlarla həbsdə olduğunu bildirib və həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə dəyişdirilməsi, habelə müqavilələrdən irəli gələn öhdəliklərin başa düşülməsi üçün müstəqil auditin keçirilməsi barədə vəsatət qaldırıb. Bundan əlavə, o, iş materiallarına əlavə olunan köynəkdəki qan izlərinin müvəkkilinə məxsus olub-olmadığını müəyyən etmək üçün ekspertiza üçün bioloji nümunələrin götürülməsini tələb edib.

Vəkil sübut bazasının olmamasını deyərək, məhkəmədən işin əlavə istintaqa qaytarılmasını istəyib.

Oleq Bakinskinin vəkili Xeyransa Babayeva müvəkkilinin işinin ayrıca icraata ayrılması və ona ayrıca qaydada baxılması barədə vəsatət qaldırıb. O, həmçinin Oleq Bakinski barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Oleq Bakinski vəkilinin vəsatətini dəstəkləyib. “Artıq 6 aydır ki, buradayam. Bunun səbəbini bilmək istəyirəm. Mən heç kəsi döyməmişəm, heç bir səbəb olmadan həbsdə saxlanılıram”, - deyə Oleq Bakinski bildirib.

Dövlət ittihamçısı Tural Yaqubov və zərərçəkmişin vəkili Samir İsayev vəsatətlərin təmin edilməsinin əleyhinə çıxıblar.

Məhkəmə vəsatətlərə baxaraq, Kuçerin barəsindəki həbs qətimkan tədbirini daha yüngül qətimkan tədbirinə dəyişdirməkdən və Oleq Bakinskinin işini ayrıca icraata ayırmaqdan imtina edib. Bioloji ekspertiza üçün müraciət baxılmadan saxlanıb.

Oleq Bakinskinin vəkili Xeyransa Babayeva müvəkkili kimsəyə qarşı xuliqanlıq etməyib, kimsəyə xəsarət yetirməyib. Mətbuatdan da xahiş edib ki, dəqiqləşdirilməmiş məlumatları yazıb Azərbaycanı canı qədər sevən, müharibəyə qədər Ukraynada ən böyük diasporlardan olan diasporamızın ən tanınan üzvü haqda belə yanlış məlumatlar yaymasınlar. Vəkil Oleq Bakinskinin özü istəmədən bu məsələnin mərkəzinə düşmüş şəxs olduğunu diqqətə çatdırıb. Bildirib ki, Oleq Bakinskinin bu cinayət işində adının hallanması da iş üzrə adı zərərçəkən kimi keçən Valeriy Nikolayeviç Zaxarenkovun onu görüşə dəvət etməsinə görədir.

Vəkil bildirib ki, Rusiya vətəndaşı olan Valeriy Zaxarenkov 2024-cü ildə Sergey Vladimiroviç Styopin və Vladislav Sergeyeviç Zryanovla birgə Bakıya Konstantin Antonoviç Kuçerlə kommersiya məsələləri ilə bağlı danışığa gəliblər. Valeriy Nikolayeviç Zaxarenkov Bakıda öz yaxın tanışları vasitəsi ilə Oleq Krapivinlə əlaqə saxlayıb, ondan görüşdə iştirak etməsini xahiş edib:

“Oleq Krapivin həmin görüşdə Valeriy Nikolayeviç Zaxarenkovun dəvəti ilə iştirak edib. Görüşdə Valeriy Zaxarenkov xoşagəlməyən, etik normalara uyğun olmayan sözlər işlədib. Oleq Krapivin isə onu etik normalara uyğun davranışa dəvət etməklə sakitləşdirməyə çalışıb.  Valeriy Zaxarenkov xoşagəlməyən danışığını davam etdirdikdə isə Oleq Krapivin ondan üzr istəməsini xahiş edib. Valeriy Zaxarenkov Oleq Krapivinin bu xahişindən sonra daha da kobud danışıb və yerindən qalxaraq Oleq Krapivinin üstünə yeriyib. Həmin vaxt ayağı masaya ilişərək səndələyib, yerə yıxılıb və başından xəsarət alıb”.

Vəkil bildirib ki, növbəti gün Valeriy Zaxarenkov Sergey Vladimiroviç Styopinlə birgə hüquq-mühafizə orqanlarına Oleq Krapivindən şikayət ediblər:

 “Valeriy Zaxarenkov şikayətində yazıb ki, guya Oleq Karpivin onun başına  butulka vurmaqla xəsarət yetirib. Əslində isə Oleq Krapivin Valeriy Zaxarenkova xəsarət yetirməyib, onu vurmayıb. Dünyaca məşhur idmançının butulka ilə kimisə vurması uydurmadır, nağıldır”.

Vəkil görüşdə iştirak edən Sergey Vladimiroviç Styopin və Vladislav Sergeyeviç Zryanovun işdə adı keçən “Aviazapçast” və “Promışlennıye Postavki Kazaxstan” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə aidiyyatları olan şəxslər olduqlarını da deyib.
Mətbuat nümayəndələrindən xahiş edib ki, prosesdə iştirak etməklə həqiqəti olduğu kimi ictimaiyyətə çatdırsınlar.

2024-cü ilin iyulun sonlarında Bakıda Oleq Bakinskinin həbsi bir qədər gözlənilməz oldu. Rusiya Ukrayna müharibəsindən əvvəl Oleq Bakinski Ukraynada Azərbaycan diasporunun ən parlaq üzvlərindən idi.  O, Kiyev Azərbyacanlıları Konqresinə rəhbərlik edirdi.

O, 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb. Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə, o Kiyevdə “Bakines” adlı güləş klubu yaradıb. Azərbaycanla sıx əlaqələrinə görə Şamaxıda güləş məktəbi açıb. Elə Şamaxıda onun şərəfinə güləş turniri də keçirilib. Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı. Oleq Bakinski milliyətcə rus olsa da, özünü həmişə azərbaycanlı hesab edib. Müsahibələrində toyunu belə, Azərbaycan adət-ənənələrinə uyğun keçirdiyini açıqlayıb. “Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, “Razin”dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı” deyə müsahibələrindən birində Oleq Bakinski qeyd etmişdi.

Rusiyanın Ukraynaya qarşı elan edilməmiş müharibə başladığı gün Oleq Krapivin həmyerlilərimizə dəstək verən tək-tük şəxslərdən biri olub. Azərbaycanın Ukraynadakı səfirinin biabırçı qaçışı fonunda Oleq Krapivin qısa müddətdə 1100 həmyerlimizi bomba yağışı altından çıxarıb Azərbaycana göndərə bilmişdi. Onun Azərbaycan adına və həmyerlilərimizə verdiyi dəstək saymaqla bitməz.

Maraqlıdır ki, Rusiyanın Ukraynaya təcavüzünə ən sərt reaksiya verən Oleq Krapivin maraqlı qüvvələrin səyi nəticəsində, 2022-ci il iyunun 26-dan Ukraynada yaşa izni ləğv olunub. Həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə də qadağa qoyulub. Bundan başqa, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvar 2023-cü ildə keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi başlanıb, onun qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verilib.
Növbəti məhkəmə iclası yanvarın 24-də keçiriləcək.
Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Yanvar 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see228

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see125

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri