Icma.az
close
up
RU
Ukraynalı nazir: Sülhməramlılarla bağlı ideya hərbçilərini göndərməyə hazır olan ölkələrlə icra mərhələsindədir

Ukraynalı nazir: Sülhməramlılarla bağlı ideya hərbçilərini göndərməyə hazır olan ölkələrlə icra mərhələsindədir

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Atəşkəs rejiminə riayət olunmasına nəzarət etmək üçün Ukraynada sülhməramlı missiyanın yerləşdirilməsi ideyası artıq öz hərbi kontingentini göndərməyə hazır olan ölkələrlə icra mərhələsindədir.

AZƏRTAC xəbər verir ki, bunu “RBC-Ukrayna”ya müsahibəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

Nazir vurğulayıb: “Biz artıq öz qoşunlarını yerləşdirməyə hazır olan ölkələrin siyahısını gələcək təhlükəsizlik zəmanətləri sisteminin mühüm effektiv elementləri kimi başa düşürük. Ona görə də hazırda detalları müzakirə etmək mərhələsindəyik. Detallar coğrafiya, kəmiyyət, mandatdan ibarətdir”.

O əlavə edib ki, ABŞ-ın sülhməramlı missiyaya dəstəyi son dərəcə mühümdür.

“Amerika bizə lazımdır, ABŞ-ın iştirakı və Amerikanın liderliyi bizim üçün zəruridir”, -deyə Ukrayna diplomatiyasının rəhbəri vurğulayıb.

Rusiyanın Ukraynada sülhməramlı kontingentin yerləşdirilməsi ideyası ilə bağlı dəfələrlə səsləndirdiyi qəti fikir ayrılığını şərh edən Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb: “Biz milli maraqlarımıza uyğun olan və Ukraynanın təhlükəsizliyinə uzun müddət zəmanət verəcək hər şeyi edəcəyik”.

A.Sibiqa qeyd edib: “Sadəcə hərbi əməliyyatların olmaması bizi qane etmir. Sülh təkcə müharibənin olmaması deyil. Söhbət uzunmüddətli perspektivdə Rusiya təcavüzünün yenidən başlanmasının qarşısını almaqla daimi, davamlı, ədalətli sülhdən gedir. Buna görə də müttəfiqlərimizlə birlikdə səylərimiz məhz buna yönəldilib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Mart 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri