Icma.az
close
up
RU
Ukraynalı siyasi hərbi ekspertin Azərbaycanın 44 günlük Vətən müharibəsinə dair kitabının təqdimatı olub

Ukraynalı siyasi hərbi ekspertin Azərbaycanın 44 günlük Vətən müharibəsinə dair kitabının təqdimatı olub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Kiyev, 5 noyabr, AZƏRTAC

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təşəbbüsü ilə Bakıdakı Ukrayna Mərkəzində hərbi-siyasi icmalçı Oleksandr Kovalenkonun qələmə aldığı, Ukrayna və rus dillərində nəşr olunan “2020-də 44 gün” adlı kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə, Kamran Bayramov, ictimai-siyasi xadimlər, hərbi ekspertlər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Baş katibi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad bildirib ki, “2020-də 44 gün” kitabı 2020-ci ildə Qarabağda baş verən hadisələrin xronoloji təsviridir və müəllif bu hadisələri 44 gün ərzində izləyərək Ukrayna ictimaiyyətinə obyektiv şəkildə çatdırıb.

Hikmət Cavad qeyd edib ki, diaspor təşkilatları informasiya müharibəsində mühüm rol oynayır və bu kimi nəşrlər Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına xidmət edir: “Oleksandr Kovalenko Ukraynanın ən tanınmış hərbi icmalçılarındandır. O, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, hər gün həm Azərbaycan, həm də Ukrayna media resurslarında çıxışlar edirdi. Bu gün də Polşa və Avropa mediasında Ukrayna müharibəsi barədə danışır. Biz onunla birlikdə qərara gəldik ki, müharibənin bütün cəhətlərini, cəbhədə, informasiya meydanında və beynəlxalq arenada baş verənləri əks etdirən bir kitab nəşr edək. Kitabda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın necə tarixi qələbə qazandığı faktlarla göstərilir”.

DABF Baş katibi əlavə edib ki, Azərbaycan diasporu Ukraynanın suverenliyini və xalqını hər zaman dəstəkləyir: “Bir çox azərbaycanlı Ukrayna vətəndaşları işğalçılara qarşı döyüşlərdə iştirak edib, yüzdən çox soydaşımız qəhrəmancasına şəhid olub. Kitab həmçinin bir daha bu həmrəyliyi və ortaq mübarizəni nümayiş etdirir”.

UABD sədri vurğulayıb ki, nəşrdə I və II Qarabağ müharibələri arasında aparılan müqayisələr, eləcə də Ukraynaya qarşı Kremlin təbliğatı ilə bağlı təhlillər yer alıb: “Kitab Ukrayna və rus dillərində işıq üzü görüb, Azərbaycan dilinə tərcüməsi artıq hazırdır və yaxın zamanda çap olunacaq. Gələcəkdə ingilis, polyak, İsveç və digər dillərə də tərcümə olunması planlaşdırılır”.

Hikmət Cavad bildirib ki, İsveçdə qeydiyyatdan keçmiş Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun əsas məqsədi Azərbaycan haqqında doğru məlumatı yaymaq, diaspor təşkilatlarını birləşdirmək və Azərbaycan dövlətinin siyasi xəttini dəstəkləməkdir.

Kitabın müəllifi, Ukraynanın “İnformasiya Müqaviməti” qrupunun hərbi-siyasi icmalçısı Oleksandr Kovalenko qeyd edib ki, 44 günlük müharibə yalnız tarixi ədalətin bərpası deyil, həm də regional və qlobal geosiyasi nizamda mühüm dönüş nöqtəsi olub: “Bu hadisələr Cənubi Qafqazda və onun hüdudlarından kənarda prosesləri dəyişdi. O dövrdə mən müharibənin gedişini analiz edirdim və aydın oldu ki, bu, lokal toqquşma deyil, azadlıq müharibəsinin başlanğıcı idi. Ukrayna Qarabağın azad edilməsində öz gələcəyini - Donbas, Luqansk və Krımın azad edilməsini görürdü”.

Müəllif əlavə edib ki, kitabın strukturu 44 günün xronologiyası əsasında qurulub: “Hər fəsil müharibənin bir gününə həsr olunub. Burada həm Azərbaycan Ordusunun əməliyyatları, həm də informasiya müharibəsinin gedişi, Ermənistan və Rusiya təbliğatının metodları, saxta xəbərlər, manipulyasiyalar və hərbi cinayətlər barədə faktlar yer alır. 2014–2020-ci illər arasında Ukraynada baş verənlərlə Qarabağ müharibəsi arasında paralellər aparılıb”.

O.Kovalenko kitabın Ukrayna xalqı üçün də bir mesaj daşıdığını vurğulayıb: “Azərbaycan xalqı sübut etdi ki, ədalət gözləməyə dəyər. Azadlıq üçün 30 il gözləyən Azərbaycan sonda öz şərtləri ilə sülhə nail oldu. Bu, Ukrayna üçün də mühüm nümunədir. Ədalətli sülh yalnız güc mövqeyindən əldə edilə bilər”.

O, Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi “İşğala razılaşmaq olmaz” fikrinin kitabda sitat kimi yer aldığını və Ukrayna üçün də önəmli mesaj olduğunu bildirib.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə müəllifə təşəkkür edərək kitabın rəmzi məna daşıdığını vurğulayıb: “Bu il Qələbənin beş illiyini qeyd edirik və belə bir kitabın məhz bu vaxtda işıq üzü görməsi mühüm hadisədir. Müharibənin hər gününü ayrıca təsvir edən bu əsər hadisələri sistemli şəkildə əks etdirir. Xüsusilə də müəllifin Ukraynadan olan dostumuz olması simvolikdir”.

O əlavə edib ki, Azərbaycan və Ukrayna oxşar mübarizələr aparır və hər iki xalqın məqsədi ədalətli sülhə nail olmaqdır.

Tədbirdə professor Şəlalə Həsənova, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, hərbi ekspert Üzeyir Cəfərov və digər çıxış edənlər kitabın başqa dillərə tərcüməsinin vacibliyini qeyd ediblər.

Təqdimatın sonunda müəllifin iştirakı ilə imza mərasimi keçirilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see214

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see214

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see209

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see202

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see192

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see175

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see142

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see139

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see138

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see138

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see129

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see129

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see127

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see126

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see125

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see123

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see122

Berdıyevi istefaya göndərmək həvəsi

04 Noyabr 2025 10:00see120

Merts Suriyanın keçid dövrü prezidenti ilə qaçqınların geri qayıdışı məsələsini müzakirə edəcək

04 Noyabr 2025 07:01see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri