Icma.az
close
up
RU
Ukraynalılar qərar verməlidir: Ya mübarizəyə davam, ya da danışıq və atəşkəs...

Ukraynalılar qərar verməlidir: Ya mübarizəyə davam, ya da danışıq və atəşkəs...

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Ukraynalılar müharibədə ya mübarizəni davam etdirmək, ya da Rusiya ilə danışıqlara başlayıb atəşkəsə nail olmağa çalışmaq kimi bir qərar verməlidirlər. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə MSNBC-yə verdiyi müsahibədə danışıb.

Blinken vurğulayıb ki, ABŞ Ukraynanın 2025-ci ildə ən güclü mövqeyə sahib olmasını təmin etməyə çalışır.  

"Mən yeni administrasiyaya və ukraynalılara 2025-ci ildə oyun üçün maksimum güclü imkanlar verməyimizə əmin olmaq istəyirəm. Ukraynalılar ya mübarizəni davam etdirmək, ya da danışıqlar aparıb bunu atəşkəsə çatdırmaq barədə fundamental qərarlar verməlidirlər”, – Blinken bildirib.  

Dövlət katibi qeyd edib ki, əsas sual Rusiyanın bunu edib-edə bilməyəcəyi və "bunu səmimi şəkildə etmək istəyib-istəməyəcəyi” ilə bağlıdır.  

"Əgər bu istiqamətdə irəliləsə, biz ukraynalıların və Tramp administrasiyasının oyun üçün ən yaxşı imkanlara sahib olmasını təmin etmək istəyirik ki, mümkün qədər möhkəm bir müqavilə bağlaya bilsinlər. Bu isə Ukraynanın döyüş meydanında mövqeyini gücləndirməyi, onların maliyyə vəsaitlərinin, sursatlarının və mobilizasiya olunmuş işçi qüvvələrinin olmasını təmin etmək deməkdir”, – o əlavə edib.  

Onun sözlərinə görə, bu, Rusiyaya maksimum təzyiq göstərməyə davam etməyi tələb edir.  

"Rusiya, bizim son iki ildən artıq bir müddətdə onlarla digər ölkəyə tətbiq etdiyimiz bütün bu təzyiqin yükünü hiss edir. Rusiyanın etməyə çalışdığı hər şey daha çox vaxt alır, daha çox xərcə səbəb olur və daha mürəkkəbdir. Əlbəttə, döyüş meydanında itkilər də böyükdür. Putin öz yaratdığı ət maşınına bu gəncləri atmağa davam edir”, – deyə Blinken qeyd edib.  

Blinkenin fikrincə, Tramp prezident vəzifəsini qəbul etdikdən sonra "əgər bunu bir razılığa çevirmək istəyərsə, biz əmin olmaq istəyirik ki, onun hər hansı danışıqlarda güclü mövqeyi olsun, bu isə ukraynalılara dəstək vermək deməkdir”, - o əlavə edib:  

"Əgər məsələ atəşkəsə gəlib çatarsa və bu, ədalətli və uzunmüddətli şərtlərlə olsa, bu, yaxşı olar. Amma bunun uzunmüddətli olması üçün Rusiyanın sadəcə dincəlib, yenidən silahlanıb bir-iki və ya beş il sonra hücum etməyəcəyinə dair zəmanət olmalıdır. Bu həlledici məqam olacaq”.  

Onun sözlərinə görə, əgər bu mümkün olsa, Ukrayna uğur yolunda olacaq.  

"Bu ölkə müstəqil bir ölkə olaraq möhkəm dayanır. Xəritədən silinməyib. Putinin etmək istədiyi də məhz bu idi. O, uğursuzluğa düçar oldu. Ukrayna hərbi, iqtisadi və demokratik cəhətdən öz ayaqları üzərində möhkəm dayana bilər. Bu, Putinə qarşı ən yaxşı cavabdır. Mən əminəm ki, Prezident Tramp gələcəkdə yaxşı bir razılaşma əldə etmək istəyəcək”, – Blinken deyib.  

Xatırladaq ki, Almaniya kansleri Olaf Şolts ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. Onların söhbəti Avropada təhlükəsizlik siyasəti ilə bağlı çağırışlara həsr olunub.  

"Dialoq tərəfləri razılaşıblar ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi çox uzanıb və mümkün qədər tez ədalətli, davamlı bir sülh yoluna çıxmaq vacibdir”, – Almaniya liderinin mətbuat xidməti məlumat verib.  

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri