Ukraynanı dəstəkləmək mənasızdır, o, artıq uduzub Vaydel
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alisa Vaydel Berlinin Rusiya ilə münasibətlərdə ABŞ prezidenti Donald Trampdan nümunə götürməli və Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq göstərməli olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Vaydel bu barədə “The Economist” nəşrinə müsahibəsində danışıb.
O, Almaniyanın Ukraynaya dəstəyini faydasız adlandırıb, Ukraynanın “çox kiçik” olduğunu və artıq müharibəni uduzduğunu iddia edib. Vaydelin fikrincə, Berlin qətllərə son qoymaq üçün Zelenskiyə təzyiq göstərməli və “hər şeydən əvvəl Almaniya” prinsipini rəhbər tutmalıdır.
AfD lideri müharibənin uzanmasının Almaniyanı təhlükə altında qoyduğunu desə də, Rusiyanı təhdid kimi qəbul etmək istəmədiyini nümayiş etdirib. O, Leypsiq hava limanına dron hücumuna cəhdin arxasında Rusiyanın dayandığını təsdiqləyən sübut görmədiyini bildirib.
Vaydel Rusiyanın 2022-ci ildə təcavüzkar olduğunu qəbul etsə də, Qərbin onilliklər ərzində Moskvanın təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almadığını iddia edib.
Qeyd edək ki, Vaydel ABŞ prezidenti Donald Trampın Rusiya ilə dizel yanacağının tədarükünə dair razılaşmasını da müsbət qiymətləndirib. Oktyabrın 11-də ABŞ-ın respublikaçı və demokrat senatorları bu razılaşmanın qanunvericiliyə zidd olduğunu bildirərək Trampı mövqeyini dəyişməyə çağırıblar./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 16 Oktyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















