Icma.az
close
up
RU
Ukraynanı Rubio xilas edibmiş

Ukraynanı Rubio xilas edibmiş

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

ABŞ-ın Ukrayna üzrə ilk sülh planının ilkin variantı açıq şəkildə Rusiyayönümlü xarakteri daşıyırmış və onun əsas təşəbbüskarı vitse-prezident Cey Di Vens olub.

Modern.az-ın məlumatına görə, "The Economist" yazır ki, Dövlət katibi Marko Rubio bu sənədə müdaxilə etməsəydi, sənəd Kiyevin maraqlarına zidd şəkildə qəbul ediləcəkdi.

Məlumata görə, Rubionun həlledici müdaxiləsi nəticəsində ötən gün Cenevrədə keçirilən danışıqlarda plan Ukraynanın xeyrinə yenidən formalaşdırılıb. Bundan əlavə, Vaşinqtonun Ukraynaya qarşı irəli sürdüyü iki sərt tələb - 27 noyabr (Şükran Günü) üçün qoyulan son tarix və ABŞ kəşfiyyatına, həmçinin həyati vacib silahlara çıxışın dayandırılması təhdidi müvəqqəti olaraq aradan qaldırılıb.

Bununla belə, "The Economist" qeyd edir ki, Rubionun özü belə planın mənşəyi ilə bağlı çaşqınlıq yaşayıb: əvvəlcə o, narahat senatorlara zəng edərək sənədin Rusiyaya aid olduğunu bildirib, bir neçə saat sonra isə planın ABŞ tərəfindən hazırlandığını açıqlayıb.

Nəşrin yazdığına görə, ilkin variantın əsas tərəfdarı Cey Di Vens olub. O, sənədi şəxsən Ukrayna tərəfinə təqdim edib, daha sonra prezident Volodimir Zelenskiyə zəng edərək planın şərtlərini izah etməyə çalışıb. Sənəd Vensin tanışı Den Driskoll vasitəsilə çatdırılıb.

Jurnal vurğulayır ki, ABŞ Prezidenti Donald Tramp da Vens kimi Rusiyaya rəğbət nümayiş etdirir və Ukraynaya qarşı açıq laqeydlik göstərir. Cenevrə danışıqlarından əvvəl Tramp bəyan edib ki, “Ukraynanın lideri Zelenski razılaşma əldə olunmasa, son nəfəsinə qədər döyüşə bilər”, həmçinin sosial şəbəkələrdə Kiyevin Vaşinqtonun səylərinə lazımi təşəkkür göstərmədiyini iddia edib.

"The Economist"in məlumatına görə, Cenevrə danışıqlarında ABŞ-ın Ukraynaya qarşı mövqeyinin yumşaldılmasında əsas rolu Dövlət katibi Marko Rubio oynayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Noyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see352

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see331

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see312

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see311

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see277

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see273

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see262

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see255

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see206

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see204

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see193

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri