Icma.az
close
up
RU
“UKRAYNANIN 3 QIRMIZI CİZGİSİ VAR...” XİN rəhbəri AÇIQLADI

“UKRAYNANIN 3 QIRMIZI CİZGİSİ VAR...” XİN rəhbəri AÇIQLADI

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Təcrübə göstərir ki, ruslar öz razılaşmalarına əməl etmirlər”

Ukraynanın danışıqlarda öz qırmızı cizgiləri var və rəsmi Kiyev qətiyyən onların tapdanmasına imkan verməyəcək. 

“AzPolitika” xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa bunu “RBC-Ukrayna” nəşrinə müsahibəsində bildirib.

Nazir Kiyevin danışıqlarda 3 qırmızı cizgisinin olduğunu qeyd edib. Bunlardan birincisi odur ki, Kiyev öz ərazilərinin itirilməsini rəsmən tanımaq niyyətində deyil.

İkincisi, heç kim Ukraynaya bu və ya digər ittifaqda təmsil olunmağı qadağan edə bilməz. Bu sıraya Avropa İttifaqı və NATO da daxildir. Yəni, Ukrayna müstəqil dövlət kimi hansısa ittifaqa üzv olmaq hüququndan vaz keçmək niyyətində deyil.

Nəhayət, Kiyev üçün üçüncü qırmızı xətt Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılmasıdır: “Üçüncüsü, Ukraynanın müdafiə qabiliyyətinə, ordumuzun gücünə, imkanlarımıza heç bir məhdudiyyət ola bilməz!”.

XİN rəhbərinin sözlərinə görə, Ukraynada atəşkəsə nail olmaq çox mürəkkəb prosesdir, çünki ona necə nəzarət etmək və buna müşahidə etmək sualı yaranır.

Sibiqa xüsusilə də bunun müvəqqəti atəşkəs olduğunu vurğulayıb: “Bu, heç bir halda dondurulmuş münaqişə deyil, Amerika nümayəndə heyəti ilə birgə bəyanatımızda qeyd edildiyi kimi, 30 günlük müvəqqəti atəşkəsdir”.

Onun sözlərinə görə, Ukraynanın “Minsk prosesi” təcrübəsi göstərir ki, Rusiya Federasiyasından istənilən təxribatları gözləmək olar: “Təcrübə göstərir ki, ruslar öz razılaşmalarına əməl etmirlər və onların praktikası bu atəşkəsi dərhal pozmaqdır. Deməli, bizim həqiqətən də effektiv obyektiv nəzarət mexanizminə ehtiyacımız var. Şübhəsiz ki, bunun da beynəlxalq komponenti olmalıdır. Burada sual budur ki, bu cür monitorinqi kim həyata keçirə bilər, çünki təbii ki, milli komponent var, bu, bizim ərazimizdə baş veri. Ona görə də Ukrayna özü atəşkəs rejiminə əməl olunmasına nəzarət və monitorinqlə bağlı həlledici amildir”.

Nazir əlavə edib ki, Ukrayna artıq bu prosesin təmin edilməsi üçün komandanın formalaşmasına başlayıb: “Burada biz əlbəttə ki, son bir neçə il ərzində artırdığımız texniki imkanlarımızı nəzərə almalıyıq. Amma şübhəsiz ki, Rusiya tərəfində mümkün pozuntuların və təxribatların obyektiv qeydə alınmasını təmin etmək üçün beynəlxalq komponent olmalıdır… Ona görə də bu, bizim avropalı həmkarlarımızla, Amerika tərəfi ilə də müzakirə mövzusudur və biz indi bu məsləhətləşmələri aparırıq”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Mart 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri