Icma.az
close
up
RU
TRAMPIN KRIMI “TANIMASI” VƏ PUTİNİN “QIRMIZI CİZGİSİ” Rusiya ABŞ nin atəşkəs planını niyə qəbul etmir?

TRAMPIN KRIMI “TANIMASI” VƏ PUTİNİN “QIRMIZI CİZGİSİ” Rusiya ABŞ nin atəşkəs planını niyə qəbul etmir?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Roma papasının dəfn mərasimində ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşündən sonra Tramp ilk dəfə olaraq Vladimir Putinin müharibəni bitirmək fikrində olmadığını dilə gətirdi.

Trampın sözlərinin kəsəri xeyil azalsa belə, Romada Zelenski ilə görüşdən sonra ilk dəfədir ki, o, Rusiya lideri haqqında yumşaq da olsa, tənqidi fikirlər səsləndirib. 

Tramp Vatikanda Zelenski ilə söhbətindən sonra “Truth Social” hesabında yazıb: “Putinin son bir neçə gündə mülki obyektlərə, şəhərlərə və qəsəbələrə raket zərbələri endirmək üçün heç bir səbəbi yoxdur. Bu, məni onun müharibəni bitirmək istəmədiyini düşünməyə vadar edir...”.

Əslində, Rusiya Prezidentininin bu cür siyasət yürütməsinin səbəbi ABŞ və Avropanın ona qarşı nümayiş etdirdiyi “dişsizlikdən” irəli gəlir. Putin artıq başa düşüb ki, hay-küy salmalarına baxmayraq, Qərb Rusiyaya qarşı bundan artıq heç nə etməyəcək. Daha doğrusu, etmək istəməyəcək. Rusiya rəhbərliyi ABŞ-nin strateji məqsədinin Rusiyanı sındırmaq yox, onu tamamilə öz təsirində saxlamaq olduğunu dərk edir. Belə olan təqdirdə Putin nəyə görə ABŞ-dan qorxmalıdır ki?

On ildən artıqdır ki, Rusiya beynəlxalq hüquq normalarını pozaraq Ukrayna torpaqlarını işğal edir, ABŞ Prezidenti Tramp isə günahı Obama və Baydendə axtarır. Bəli, öncəki prezidentlər günahkardırlar, lakin onlar ABŞ dövlətini təmsil ediblər. Obamanın Krımın Rusiya tərəfindən ilhaqına göz yumması, Bayden dönəmində ABŞ ordusunun Ukraynanı aylarla silahsız qoyması təkcə ABŞ prezidentlərinin fərasətsizliyi kimi dəyərləndirlməlidirmi? Bəlkə, düşünlümüş planlar var?


Bu illər ərzində aydın şəkildə görürük ki, Qərb dünyası özündən dəfələrlə zəif olan Rusiya qarşısında necə geriyə çəkilir. Əgər prosesə qlobal, strateji kontekstdən yanaşsaq, son on ildə Qərb dünyası Rusiyanın zəiflətməyə çalışmayıb, əksinə, onun neft və qazdan böyük gəlirlər götürməsinə yaxşı imkanlar yaradıb. Deməli, əgər Rusiyanın çökməsi ABŞ-nin maraqlarına uyğun deyilsə, bunu Kremldə də dərk edirlər və elə bu səbəbdən müharibənin dayandırılmasından maksimum əlverişli mövqe qazanmağa çalışırlar.

Bəli, Putin bilir ki, Qərb istəsə onu çox asanlıqla məhv edər, elə lap Ukraynanın əliylə. Bəlkə də kimlərsə söyləyəcək ki, bəs, Rusiyanın nüvə silahı var, onu hərbi yolla dizi üstə çökdürmək mümkün olmaz və sairə. Əvvəla, bütün hay-küyə rəğmən, Putinin nüvə silahına əl atmağa cürəti çatmaz. Müharibənin gedişində Putin dəfələrlə qırmızı cizgilərdən dəm vurub, amma onun bu cizgilərinin demək olar ki, az qala hamısını tapdaladılar. Ancaq heç nə olmadı. Bunlar Putini qətiyyən narahat etmir, çünki Rusiya Ukraynadan mümkün olanı artıq qoparıb, bircə qalır bunun legitimləşdirilməsi məsələsi.

Trampın irəli sürdüyü atəşkəs planı prinsip etibarı ilə Rusiyanı qane etməldir, amma Putin daha artığını da ala biləcəyini düşünür. Məlum planın baş tutub-tutmayacağını zaman göstərəcək. Orada Krımın Rusiyaya verilməsi şərt qoyulmur. Hətta müsahibələrinin birində Tramp deyib ki, kimsə Krımın Rusiyaya verilməsini Ukraynadan tələb etmir. Amma ABŞ özü Krımın ilhaqını tanımağa hazırlaşır. Halbuki, Trampın Krımı Rusiya ərazisi kimi tanıması mümkünsüzdür, çünki bu, onun səlahiyyətlərinə daxil deyil. Bunu yalnız Konqres edə bilər. Səbəb isə hələ 2007-ci ildə Nümayəndələr Palatasında və Senatda qəbul edilmiş qərarlardır. Həmin sənəddə ABŞ-nin Rusiyanın işğal etdiyi post-sovet ərazilərini tanıması qadağan olunur. Ona görə də hələ vəziyyət tam bəlli deyil və ehtimal ki, belə söz-söhbətlərin,danışıqların sayı çox olacaq...

Zelenski deyib ki, Krımı geri qaytarmaq üçün Ukraynanın yetərli hərbi resursu yoxdur. O, bunu söyləməklə, eyni zamanda bildirmək istəyir ki, bizim gücümüz hələlik yalnız müdafiəyə yetir. Hələ ki, Zelenski strateji səhvə yol verməyib. Belə görünür ki, o, dünya siyasətindəki əsas məqamı - Qərbin Rusiya ilə bağlı geostrateji marağının nədən ibarət olduğunu anlayıb.


Yeri gəlmişkən,əgər müharibə indiki intensivliklə davam edərsə, Ukraynaya bundan artıq yardım göstərilməzsə və Rusiyaya neft satışından pul qazanmağa şərait yaradılarsa, Moskva oyundan uduşlu çıxa bilər. Rusiya dördüncü ildir ki, bütün gücüylə müharibə aparır və sanitar itkilərlə birlikdə təxminən bir milyon nəfər itki verib. Bu, böyük rəqəmdir.

Kremlin özünün bu müharibədə məğlub olması və nəticədə Vladimir Putinin hakimiyyətdən salınması heç də reallıqdan uzaq ssenari deyil. Rusiyanın uğursuzluğa düçar ola biləcəyinə dair xeyli sayda faktları ortaya qoymaq olar. Əlbəttə, bu faktlar bəzi ehtimallara dayanır və onların gerçəkləşməsi Avropanın mərkəzi dövlətləri olan Almaniya, Fransa, Böyük Britaniyanın sözdən əmələ keçməsinə bağlıdır. Əgər onlar Ukraynanı “damcı üsulu” ilə yox, lazımı formada silahla təchiz edərlərsə, onda Rusiya ordusu döyüş meydanında ağır məğlubiyyətə uğraması qaçılmaz ola bilər.

Reallıq ondan ibarətdir ki, Putin və ətarfı bundan da artıq itki verməyə hazırdır, çünki Rusiya cəmiyyəti müharibədəki itkilərə adi gündəlik hal kimi baxır və buna tam uyğunlaşıb. Ancaq bir nüansı xüsusilə qeyd etmək gərəkdir: deyəsən, muzdlulara, müqaviləçilərə veriləcək pullar tükənmək üzrədir. Lakin kritik vəziyyətdə orduya əsgər toplamağın formatını dəyişdirərlər və qismən səfərbəlik adıyla insanları zorla müharibəyə apara bilərlər.

Beləliklə, ümumi mənzərədə nələri görürük?

Görürük ki, Rusiya ABŞ-nin atəşkəs planına məhəl qoymur, çünki yuxarıda deyilən səbəblərə görə, Putin özünə təhlükə hiss etmir. Müharibənin dayandırılmasının isə yalnız bir yolu var. Bu, ABŞ və Avropa tərəfindən Rusiyaya qarşı güclü sanksiyaların qoyulması, Rusiyanın müsadirə edilmiş 300 milyard dollar həcmindəki aktivlərinin Ukraynanın ehtiyaclarına xərclənməsi, Ukraynaya daha səmərəli hərbi yardımlar edilməsidir.

Digər yandan, ABŞ ilə Avropanın birlikdə hərkət etməsi Rusiyanı tam geri çəkilməyə vadar edər. Məsələn, Rusiya neftinin daşınmasının qarşısını Danimarka sahillərində almaq problem deyil. Hələ üstəlik, indiyədək tətbiq edilmiş sanksiyalara lazımı səviyyədə nəzarət olunmalıdır və bunu pozanlara qarşı ikinci sanksiyalar qoyulmalıdır. Onda Putin vəziyyətin kritikliyini anlayacaq və verilən bütün təkliflərlə razılaşacaq, onlara əməl edəcək. Əks təqdirdə müharibə çoxsaylı sülh bəyanatlarının müşayiəti ilə qeyri-müəyyən vaxtadək uzanacaq.

Vaqif Nəsibov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Aprel 2025 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri