Icma.az
close
up
RU
Ukraynanın Azərbaycandan iki əsas istəyi Sıbiqanın Bakı səfərində mühüm detal

Ukraynanın Azərbaycandan iki əsas istəyi Sıbiqanın Bakı səfərində mühüm detal

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa ötən gün Bakıya səfər etdi. Bu zaman Prezidenti İlham Əliyev və həmkarı Ceyhun Bayramovla görüşdü.

Nazirlər görüş zamanı iki ölkə arasında münasibətlərin inkişafı, iqtisadi əlaqələr, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Hazırda Ukrayna və Rusiya arasında danışıqlarla bağlı yaranmış gərgin vəziyyət, o cümlədən Bakı-Moskva münasibətlərində müşahidə olunan soyuqluq fonunda Sıbiqanın səfəri xüsusi diqqət çəkir.

Ukraynanın XİN başçısının hazırkı şəraitdə Bakı səfərinin əsas məqsədi nədir?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Ukraynanın xarici işlər nazirinin Azərbaycana səfəri, rəsmi Kiyevin maraqları kontekstində, Rusiya-Ukrayna münaqişəsində dəstəkçilərinin sayını artırmaq məqsədi daşıyır:

“Hazırda Rusiya və Ukrayna arasında diplomatik müharibə gedir. Tərəflərin əsas hədəfi gözlənilən razılaşmada daha çox üstünlük qazanmaqdır. Bu çərçivədə Ukraynanın Azərbaycandan iki əsas istəyi ola bilər. Birincisi, rəsmi Bakının danışıqlara ev sahibliyi etməsi ilə bağlıdır. Ukrayna Azərbaycanı alternativ patronaj kimi görür.

ABŞ tərəfindən dəstəklənən Səudiyyə Ərəbistanı platforması Kiyevin maraqlarını tam şəkildə əhatə etmir. Ukrayna isə mümkün qədər az itki ilə bu prosesdən çıxmağa çalışır.

Məhz buna görə də Türkiyə platformasına üstünlük verir. Ankara Ukraynanın maraqlarını qorumaq baxımından ən uyğun ölkə hesab olunur və hər iki tərəf üçün alternativ masalardan biri sayılır. Bu yanaşma ABŞ-sız danışıqlar formatının mümkünlüyü mesajını da ehtiva edir”.

Asif Nərimanlı

Asif Nərimanlı hesab edir ki, Azərbaycan beynəlxalq müstəvidə qarşıdurma içində olan tərəflər arasında vasitəçilik təcrübəsinə malikdir:

“Əgər Rusiya da razılıq versə, Bakı bu təklifə yox deməz.

İkinci yanaşma isə Türkiyə faktorunu əhatə edir. Azərbaycanla münasibətlərin inkişafı Ukrayna üçün eyni zamanda Ankarayla əlaqələrə də müsbət təsir edə bilər. Azərbaycan və Türkiyə müttəfiq ölkələrdir və bir çox xarici siyasət məsələsində ortaq mövqedən çıxış edirlər. Ukrayna da bu müttəfiqlik münasibətlərindən faydalanaraq Türkiyədən daha geniş dəstək əldə etməyə çalışır”.

Siyasi şərhçi əlavə edib ki, Azərbaycan və Ukrayna arasında münasibətlər tarixi əsaslara söykənir və bu səfər təbii prosesin tərkib hissəsi kimi qiymətləndirilməlidir:

“Ukrayna-Azərbaycan əlaqələrinin müəyyən tarixi var. Bu baxımdan Andrey Sıbiqanın Bakıya səfəri adi bir diplomatik gedişdir. İki ölkə arasında bütün sahələri əhatə edən məsələlər üzrə geniş müzakirələrin aparılması gözləniləndir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 May 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri