Icma.az
close
up
RU
Ukraynanın bərpasına 524 milyard dollar lazımdır

Ukraynanın bərpasına 524 milyard dollar lazımdır

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ukraynada davam edən müharibədən sonra ölkənin bərpası ilə bağlı diqqətçəkən bir hesabat yayımlanıb.

"Cebheinfo.az" xəbər verir ki, “The American Conservative” jurnalının verdiyi məlumata görə, Dünya Bankı, Avropa Komissiyası, Birləşmiş Millətlər Təşkilatı və Ukrayna hökumətinin birgə hazırladığı genişmiqyaslı hesabatda müharibədən sonrakı yenidənqurma xərclərinin təxminən 524 milyard dollar olacağı proqnozlaşdırılıb.

Hesabatda bu nəhəng maliyyə yükünün əsas hissəsinin beynəlxalq ictimaiyyət, xüsusilə də Qərb ölkələri tərəfindən qarşılanmasının gözlənildiyi vurğulanıb.
Ukraynanın sabiq baş naziri Denis Şmıqal daha əvvəl verdiyi açıqlamada yenidənqurma prosesinin təxminən 500 milyard avroya başa gələcəyini bildirmişdi.
Şmıqal bu vəsaitin əsasən Avropa şirkətlərinin yatırımları ilə təmin edilə biləcəyini qeyd edərək, yenidənqurmanın Avropa üçün yalnız maliyyə yardımı deyil, həm də böyük iqtisadi fürsət olduğunu vurğulamışdı.

Sabiq baş nazir Ukraynanın Avropaya yalnız iqtisadi imkanlar təqdim etməyəcəyini, eyni zamanda müharibə dövründə inkişaf etdirdiyi pilotsuz uçuş aparatları (PUA), kibertəhlükəsizlik və müxtəlif müdafiə texnologiyaları sahəsindəki təcrübə və biliklərini də paylaşa biləcəyini qeyd etmişdi.

Digər tərəfdən, “Bloomberg Economics” mütəxəssislərinin ayrıca təhlili ümumi xərclərin miqyasını daha da dəqiqləşdirir.

Mütəxəssislərə görə, yalnız Ukraynanın müharibə zamanı zərər görmüş nəqliyyat, enerji, rabitə və əsas ictimai xidmət infrastrukturlarının bərpası üçün təxminən 230 milyard dollar xərclənməlidir.

Bu rəqəm ümumi yenidənqurma xərclərinin demək olar ki, yarısını təşkil edir və münaqişənin ölkənin fiziki infrastrukturu üzərində yaratdığı dağıntının miqyasını göstərir.

Prosesin beynəlxalq ictimaiyyətin koordinasiyalı səyləri və özəl sektorun yatırımları olmadan həyata keçirilməsinin isə olduqca çətin olduğu bildirilir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Sentyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri