Icma.az
close
up
RU
Ukraynanın bölüşdürülməsi istiqamətində danışıqlar gedir: ABŞ nin məqsədi...

Ukraynanın bölüşdürülməsi istiqamətində danışıqlar gedir: ABŞ nin məqsədi...

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bu gün Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətlərinin Rusiya-Ukrayna münaqişəsinin həllinə həsr olunmuş görüşü keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ və Rusiyanın yüksək səviyyəli nümayəndələri iki ölkənin prezidentləri Donald Tramp və Vladimir Putin arasında danışıqlara hazırlıq məsələlərini də müzakirə edəcəklər.

Məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski və onun ofisinin rəhbəri Andriy Yermak ABŞ və Rusiya arasında Səudiyyə Ərəbistanında keçiriləcək məsləhətləşmələrdə iştirak etməyi planlaşdırmırlar.

Maraqlıdır ki, Ukraynanın iştirakı və razılığı olmadan aparılan istənilən danışıqlar münaqişənin həllinə səbəb ola bilərmi?

Mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ukaynanın iştirakı olmadan ABŞ ilə Rusiya arasında aparılan sülh danışıqları Ukrayna dövlətinə və xalqına qarşı hörmətsizlikdir.

Onun sözlərinə görə, Ukraynanın bölüşdürülməsi istiqamətində Amerika ilə Rusiya arasında danışıqlar gedir və Ukrayna ərazisinin bütövlüyü, suverenliyi danışıqların predmenti deyil:

"Zelenski çalışır ki, ABŞ ilə Rusiya arasında Səudiyyə Ərəbistanında baş tutacaq görüş nəticəsiz qalsın. Buna görə də Avropa İttifaqının dəstəyini almağa çalışır. Bu, Ukrayna tərəfindən taktiki gedişdir”.

Müsahibimizə görə, əslində ABŞ-nin istəyi Ukraynanı təslimsiz sülhə məcbur etməkdən, Ukraynanın torpaq itkisi ilə barışmasından və eyni zamanda Kiyevin müəyyən resurslarla zəngin ərazilərinin Amerikaya verilməsindən ibarətdir. Politoloq deyib ki, bu cür addımın atılması bölgədə daimi sülhün əldə olunmasına səbəb olmayacaq. Əksinə uzaq perspektivdə münaqişə ocağının formalaşmasına şərait yaradacaq.

Əli Zülfüqaroğlu: Ukrayna ərazisinin bütövlüyü, suverenliyi danışıqların predmenti deyil

Ə.Zülfüqaroğlu hesab edir ki, Avropa İttifaqının bundan sonra sərgiləyəcəyi mövqe danışıqlar prosesinin uzanmasına və ya Rusiyanın müəyyən güzəştlərə getməsinə səbəb ola bilər.

"Ümumilikdə Avropa İttifaqının cəsarətli mövqe sərgiləyəcəyi gözlənilmir. Çünki Aİ-də kifayət qədər fikir ayrılıqları var. Mövcud vəziyyətdə Ukrayna prezidenti Aİ vasitəsilə ABŞ-yə təzyiq göstərməyə çalışır. Nəzərə alaq ki, Aİ ilə ABŞ arasında ciddi ideoloji fərqlər var və bu ziddiyyətlər getdikcə daha da dərinləşə bilər. Bu baxımdan Avropa İttifaqı ölkələrinin hazırkı liderləri ilə Trampın ortaq dil tapacağı gözlənilmir. Lakin bütün hallarda Trampın mövqeyində ciddi dəyişikliyin olacağı real görünmür", deyə Əli Zülfüqaroğlu qeyd edib.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Fevral 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri