Icma.az
close
up
RU
Ukraynanın borc problemi: Gələcəkdə nə gözlənilir?

Ukraynanın borc problemi: Gələcəkdə nə gözlənilir?

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Ukrayna illərdir davam edən müharibə şəraitində həm iqtisadi, həm də sosial çətinliklərlə mübarizə aparır. 2014-cü ildə Krımın ilhaqından başlayaraq, ölkə beynəlxalq maliyyə dəstəyi ilə ayaqda qalmağa çalışır. Ancaq alınan borcların sürətlə artması və iqtisadiyyatın zəif inkişafı ciddi problemlər yaradıb.

Banco.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov mövcud vəziyyəti təhlil edərək, Ukraynanın borc yükündən xilas ola bilməsi üçün üç mümkün ssenarini açıqlayıb.

"Son on ildə Ukrayna beynəlxalq maliyyə təşkilatlarından, Avropa İttifaqından və digər ölkələrdən təxminən 90-100 milyard dollar kredit alıb. Bunun üzərinə 50 milyard avro həcmində maliyyə yardımları da əlavə olunub. Nəticədə, Ukraynanın xarici borcu 2024-cü ilin ikinci rübündə 169 milyard dolları keçib.

2023-cü ildə ölkənin ümumi daxili məhsulu (ÜDM) 207 milyard dollar olub ki, bu da xarici borcun ÜDM-in 80%-ni keçdiyini göstərir. Daha təhlükəli olan isə, gələn il borcun iqtisadiyyatı üstələmə ehtimalıdır. Artıq Ukrayna Avropa İttifaqından 35 milyard avro kredit almaq üçün müqavilə imzalayıb və bu məbləğin bir hissəsini əldə edib. Borc səviyyəsi sürətlə 200 milyard dollara yaxınlaşır."

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı Eldəniz Əmirov bu böhranın həllini üç fərqli ssenari çərçivəsində qiymətləndirib:

"Birinci, pis ssenaridə Ukraynanın suverenliyi və ərazi bütövlüyü təhlükə altına düşə bilər. Müharibə uzandıqca, borcların ödənilməsi qeyri-mümkün hala gələ bilər, bu da ölkənin beynəlxalq arenada daha da zəifləməsinə səbəb olacaq.

İkinci, orta ssenaridə Qərb Ukraynanın borclarını yüngülləşdirmək üçün yenidən strukturlaşdırma həyata keçirə və uzunmüddətli ödəniş möhlətləri təqdim edə bilər. Bu, Ukraynanın iqtisadi stabilliyini bərpa etməyə kömək edər.

Üçüncü və ən yaxşı ssenaridə isə, Rusiyanın dondurulmuş valyuta ehtiyatları Ukraynanın borclarının ödənilməsində istifadə oluna bilər. Bu ehtiyatlar Qərb tərəfindən sanksiyalar çərçivəsində dondurulub və müharibədən sonra Ukraynanın bərpası üçün istifadəsi müzakirə edilir."

Eldəniz Əmirov vurğulayıb ki, Ukraynanın borclarını ödəmə qabiliyyəti müharibənin necə və nə zaman bitəcəyindən asılıdır:

"Əgər müharibə Rusiyanın qələbəsi ilə nəticələnərsə, o zaman tamamilə fərqli bir siyasi və iqtisadi vəziyyət yaranacaq. Bu halda bütün mövcud ssenarilər əhəmiyyətini itirə bilər. Lakin müharibə Ukraynanın maraqları çərçivəsində başa çatarsa, Qərbin dəstəyi ilə ölkənin borc yükünün azaldılması mümkün ola bilər."

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://banco.az
archiveBu xəbər 09 Dekabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri