Ukraynanın kapitulyasiyası ABŞ a baha başa gələcək
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerikalıların əksəriyyəti yaşayış xərcləri, iş yerləri, pensiya əmanətləri və ailələrinin gələcəyi ilə bağlı narahatlıq keçirir. Lakin Ukraynanın məğlubiyyəti ABŞ üçün Kiyevə verdiyi maliyyə dəstəyindən xeyli baha başa gələ bilər.
Axar.az xəbər verir ki, bu barədə “Forbes” jurnalının məlumatında deyilir.
Nəşr qeyd edir ki, Rusiyanın qələbəsi amerikalılar üçün daha yüksək vergilər, yaşayış xərcləri və xeyli yüksək müdafiə xərcləri deməkdir. Bu, Avropada qeyri-sabitliyə və Tayvan, Cənubi Koreya və Yaponiyaya təzyiqin artmasına səbəb ola bilər. Eyni zamanda bütün bunlar ABŞ-a qarşı iqtisadi və siyasi təzyiqin artmasına gətirib çıxaracaq.
Nəşr yazır ki, müttəfiqlərinin mövqeyinin zəifləməsi ABŞ-ın NATO qarşısında hərbi öhdəliklərini artırmasını tələb edəcək. Bundan əlavə, yeni bölgələrdə qeyri-sabitlik enerji təchizatını və beynəlxalq dəniz gəmiçiliyini təhdid edə bilər ki, bu da yanacaq qiymətlərinin, nəqliyyat xərclərinin və inflyasiyanın artmasına səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 30 Oktyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















