Ukraynanın Krivoy Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kiyev, 14 iyun, AZƏRTAC
Azərbaycanın Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhərindəki diasporu 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı tədbir təşkil edib.
AZƏRTAC-ın məlumatına görə, əvvəlcə Krivoy-Roq şəhərində Azərbaycan diasporunun fəalları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Ağsaqqallar Şurasının sədri Yusif Nuriyev çıxış edərək Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı və xalqımız qarşısında əvəzsiz xidmətləri haqqında geniş məlumat verib.
Krivoy-Roq şəhərində Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayev bildirib ki, Ulu Öndərin uzaqgörən və praqmatik siyasəti nəticəsində dünyada güclü Azərbaycan diasporu formalaşıb. Onun sözlərinə görə, Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişaf tarixinin böyük bir hissəsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan-Ukrayna münasibətlərinin banisi və müasir Azərbaycanın memarıdır. Ulu Öndərin uğurlu xarici siyasəti sayəsində Azərbaycan bir çox ölkələr, xüsusən də Ukrayna üçün strateji tərəfdaşdır.
Sonda Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş etdirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 14 İyun 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















