Icma.az
close
up
RU
Ukraynanın məğlubiyyətindən sonra növbəti qurban Avropa olacaq Ekspert

Ukraynanın məğlubiyyətindən sonra növbəti qurban Avropa olacaq Ekspert

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ukraynanın məğlubiyyəti fonunda növbəti qurbanın Avropa ola biləcəyi ehtimalına görə "köhnə qitə" liderləri Donald Trampın Volodimir Zelenskiyə təzyiq göstərmək təklifinə müsbət yanaşmayacaqlar".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşad Həsənov ABŞ prezidenti Donald Trampın Avropa liderlərilə telefon danışığında onları Ukrayna prezidentinə təzyiq göstərməyə çağırmasını şərh edərkən deyib. 

Ekspert bildirib ki, Zelenski qoşunlarını Donbasdan çıxarmaycaq:

"Bildiyimiz kimi, Ukrayna müharibəsinin dayandırılması üçün Trampın verdiyi 28 bəndlik təklifi 20 bəndə endirilib. Bu bəndlərin böyük əksəriyyəti demək olar ki, razılaşdırılıb. Amma Ukrayna qoşunlarının Donbasdan çıxarılmasına Zelenski etiraz edir. Bunu da Zelenski həmin torpaqları Rusiyaya verməyə səlahiyyətinin olmaması ilə əsaslandırır. Ukraynanın təhlükəsizliyinə təminat verilməsi məsələsinə gəldikdə isə artıq Tramp bildirib ki, onlar Avropa İttifaqı ilə birlikdə Kiyevə təhlükəsizlik təminatı verməlidir. Yəni Ukrayna əsasən torpaqların verilməsi və ordunun sayının azaldılmasına etiraz edir".


Politoloq düşünür ki, Avropa liderləri Trampın təzyiqlərinə rəğmən Zelenskinin arxasında dayanmaqda davam edəcəklər:

"Ukrayna prezidenti bu məsələlərin müzakirəsi üçün yenidən Avropa liderlərilə görüşəcək. Həmin görüşə Tramp da öz nümayəndəsini göndərməlidir. Zelenski təkid edir ki, ordusu harda dayanıbsa, orada da dayanacaqlar. Həmin nöqtədən 5 kilometr məsafədə Ukrayna ordusu geri çəkiləcəksə, Rusiya ordusu da eyni məsafədə geri çəkilməli və bufer zonada beynəlxalq sülh qüvvələri yerləşdirilməlidir. Bu istiqamətdə son tamamlama işləri gedir və hesab edirəm ki, bu məqamlar da yaxın zamanlarda öz həllini tapacaq. Rusiya siyasi dairələri isə müharibəni davam etdirib, daha əlverişli mövqe qazanmaqda israrlı görünürlər. Ancaq bu da alınmır. Çünki Avropa bütün vasitələrlə çalışır ki, Ukrayna məğlub olmasın. Ukraynanın məğlubiyyəti fonunda növbəti qurban Avropa olacaq. Ona görə də Avropa liderləri Zelenskinin sülh planını dəstəkləyir. Ancaq Tramp adminstrasiyası Rusiyanın etirazına görə buna razı deyil. Rusiya tələb edir ki, Ukrayna ordusu Donbasın işğal olunmamış ərazisindən də çıxarılsın. Kiyev isə bunu qəbul etmir. Zelenski Donbasdan çıxmayacaq və Avropa da bu məsələdə ona dəstək olacaq. Bu səbəbdən müharibə uzanacaq".

Qeyd edək ki, xarici mətbuatın yazdığına görə, Ukraynada müharibəni dayandırmağa çalışan ABŞ prezidenti Donald Tramp Avropanın aparıcı liderləri ilə telefon danışığında onları Ukrayna prezidentinə təzyiq göstərməyə çağırıb. Bildirilir ki, burada məqsəd Zelenskini Vaşinqtonun irəli sürdüyü yeni sülh planını qəbul etməyə məcbur etməkdir. 

Xatırladaq ki, sənədin ən mübahisəli bəndi Ukrayna Silahlı Qüvvələrinin bütün Donbas ərazisindən çıxarılması məsələsidir. Zelenski isə mövqeyinin dəyişmədiyini açıq bildirərək deyib ki, "harada dayanmışıqsa, orada da dayanırıq”. 

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri