Icma.az
close
up
RU
Ukraynanın NATO yolu...

Ukraynanın NATO yolu...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

NATO PA alyansın prinsiplərinə zidd olan qətnamə qəbul edib

Dünyanın hazırkı geosiyasi reallıqları fonunda kollektiv Qərb təhlükəsizlik amilini əsas gətirməklə Şimali Atlantika Alyansının (NATO) sıralarının genişləndirlməsi istiqamətində davamlı fəaliyyətlər sərgiləyir. Təkcə son vaxtlarda daha bir neçə ölkənin NATO-ya üzv qəbul edilməsi ilə qurumun sıraları 32 üzv dövətədək genişlənib.

O cümlədən Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyə qəbul edilməsi ilə bağlı müzakirələr aparılır. Hazırda rəsmi Kiyevin təkidli israrlarına rəğmən, Ukraynanın quruma üzv qəbul edilməsi məsələsi ilə bağlı ciddi fikir ayrılığı müşahidə edilir.

NATO PA qurumun nizamnaməsinə qarşı?

Bugünlərdə NATO Parlament Assambleyasının (PA) plenar iclasında Alyansa üzv ölkələri Ukraynanın tezliklə tamhüquqlu üzvlük əldə etməsini dəstəkləməyə çağıran qətnamə qəbul edilib. “Assambleya alyansa üzv ölkələrin hökumətlərini və parlamentlərini Ukraynanın dəvət almasına və bu ölkənin mümkün qədər tez bir vaxtda NATO-nun 33-cü üzvü olmasına kömək etmək üçün siyasi və praktiki səyləri gücləndirməyə çağırır”, - deyə sənəddə qeyd olunur.

Qətnamə müəllifləri Ukraynaya hərbi, maliyyə və humanitar yardımın gücləndirilməsinin vacibliyini qeyd edirlər. Xüsusilə, söhbət döyüş sursatı və müasir silah sistemlərinin vaxtında çatdırılmasından gedir. Bundan əlavə, assambleya üzvləri Rusiya və onun müttəfiqlərinə qarşı sanksiyaları gücləndirməyə çağırıblar.

Əslində, NATO PA-nın bəhs olunan məzmunda qətnamə qəbul etməsinin məntiqi başa düşülmür. Çünki alyansın nizamnaməsinə əsasən, müharibə aparan ölkə NATO sıralarına qəbul edilə bilməz. Hazırda Ukrayna Rusiya ilə müharibə vəziyyətindədir və qarşıdurmanın nə vaxt sonuclanacağı barədə proqnozlar vermək çətindir. Sual yaranır: NATO PA qətnaməni qəbul edərkən hansı arqumentləri əsas götürüb və yaxud mövcud reallığı nə üçün dəyərləndirməyib? İndiki kritik dönəmdə haqqında bəhs olunan sənədin qəbul edilməsi alyans daxilində həmrəyliyin pozulması, fikir ayrılığının yaşandığı anlamında qəbul edilir. Nə baş verir, NATO PA alyansın fəlsəfəsinə, prinsiplərinə qarşı çıxır?

NATO-da Qərbi parçalayan Ukrayna düyünü

Son illərdə Ukrayna məsələsi həm idioloji-siyasi, həm də praktiki müstəvilərdə kollektiv Qərbi parçalayan ciddi bir amilə çevrilib. Əslində, Ukraynanın alyansa üzvlük məsələsi yeni bir mövzu deyil. Keçmiş ittifaq dağıldıqdan sonra alyansın şərqə doğru genişlənməsi, o cümlədən də Ukraynanın qurumun sıralarına cəlb edilməsi gündəmə gəlib. Rəsmi Kiyev zaman-zaman Qərb dairələri tərəfindən müxtəlif yollarla NATO-ya tərəf itələnib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Qərb dairələrinin NATO-nun şərqə doğru genişlənməsi planlarına Ukraynanı da daxil etməsi, rəsmi Kiyevin bu plana qarşılıq verməsi Rusiyada qırmızı xəttin keçilməsi anlamında qəbul olundu və böyük fəsadlara yol açan müharibə başladı.

Davam edən Rusiya-Ukrayna müharibəsi kollektiv Qərbdə parçalanmaya yol açan növbəti amilə çevrilib. Hazırda ayrı-ayrı dövlətlər Rusiyaya qarşı təzyiqlərin və sanksiyaların artırılması çağırışlarından çıxış etsələr də, buna etiraz edən ölkələrin də sayı az deyil. Həmçinin Ukraynanın NATO-nun üzvlüyünə qəbul edilməsi məsələsində həmrəylik yoxdur, mövqelər haçalanır.  Əgər bir vaxtlar ABŞ Ukraynanın NATO-da təmsilçiliyində israr edirdisə, D.Trampın qələbəsi fonunda mövqeyindən müəyyən qədər geri çəkilən kimi görünür. K.Harrisin seçkiqabağı dönəmdə Ukraynanın alyansa üzvlüyünü birmənalı şəkildə dəstəkləyən  ritorikadan çıxış etməsinə rəğmən, hazırda Bayden administrasiyası rəsmi Kiyevi NATO-ya üzvlük məsələsinin müzakirələri üçün deyil, sadəcə danışıqlar aparılması naminə dəvət almasının mümkünlüyündən çıxış edir. Görünür, Ağ Evdə Ukraynanın yaxın perspektivdə NATO-nun sıralarına qoşulması perspektivinin mümkün olmadığı reallığı qəbul edilir.

“Hazırda Ukraynanın NATO-ya qəbulu ilə bağlı qərar qəbul etməyə ehtiyac yoxdur”. Bu fikri isə Almaniya kansleri Olaf Şolts ZDF televiziyasına müsahibəsində ifadə edib. “Biz Vaşinqtonda və Vilnüsdə qərar qəbul etdik və perspektivi təsvir etdik, lakin mən hesab edirəm ki, indi bu qərardan başqa yeni qərara ehtiyac yoxdur. Hesab edirəm ki, müharibə vəziyyətində olan bir ölkənin NATO-ya üzv ola bilməyəcəyini açıq şəkildə bildirmək çox vacibdir, bunu hamı bilir, bu məsələdə heç bir fikir ayrılığı yoxdur”, - deyə Almaniya hökumətinin başçısı bildirib.

Bütövlükdə, NATO üzvü olan yeddi ölkə Ukraynanın alyansa dəvət edilməsinin əleyhinədir. “Politiko” nəşrinin yazdığına görə, Almaniya və ABŞ Zelenskinin ölkəsinin dərhal NATO-ya üzv olmaq çağırışına cavab verməyə gecikən ən böyük dövlətlər sırasındadır. Macarıstan və Slovakiya da müqavimət göstərir. Macarıstanın Baş naziri Viktor Orban Aİ-nin Ukraynanı silahlandırmaq üçün ayrılan vəsaitlərini bloklayıb və Kiyevə yardım göstərmək üçün NATO proqramından çıxıb. Öz növbəsində, Slovakiya prezidenti Robert Fitso  bu yaxınlarda “Ukraynanın NATO-ya daxil edilməsinin üçüncü dünya müharibəsi üçün əsas təkan olacağı” xəbərdarlığını edib və bununla “heç vaxt razılaşmayacağını” deyib. Həmçinin Belçika, Sloveniya və İspaniya da Ukraynanın bloka üzvlüyə dəvət edilməsinə razı deyillər.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2024 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see361

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see331

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see302

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see228

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see221

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see215

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see200

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see194

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see170

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see162

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see162

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see161

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see158

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see157

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see155

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see155

Fransada yanğınsöndürənlər və xilasedicilər sentyabrın 26 dan müddətsiz tətilə başlayırlar

20 Avqust 2026 08:34see154

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see153

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see152

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri