Icma.az
close
up
RU
Ukraynanın növbəti prezidenti kim olacaq? Kamran Cəfərov yazır…

Ukraynanın növbəti prezidenti kim olacaq? Kamran Cəfərov yazır…

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyanın nüfuzlu The Guardian qəzeti Ukraynada siyasi mübarizə və Zelenskini əvəzləyə biləcək potensial namizədlər barədə geniş məqalə dərc edib.

Gununsesi.info xəbər verir ki, sözügedən məqalə “General, səfir…Ukraynanın növbəti Prezidenti? Zalujnının London gözləməsi” adlanır.

Müharibənin mümkün dondurulması seçkilərin keçirilməsi məsələsini aktuallaşdırır və artıq indidən həm Ukraynada, həm də beynəlxalq siyasi dairələrdə Zelenskini əvəzləyə biləcək, xalqın rəğbətini qazanmış namizədlər müzakirə olunur.

Beləliklə, “General, səfir…Ukraynanın növbəti Prezidenti? Zalujnının London gözləməsi” məqaləsindən əsas məqamları diqqətinizə çatdıraq.

ABŞ-nin vitse-prezidenti Vens fevral ayında Oval kabinetdə divanda oturaraq Tramp və Zelenski arasında qarşıdurmanı qızışdırmaqda mühüm rol oynayıb. İndi isə Vens və Trampın ətrafındakı digər insanlar, görünür ki, problemlər yaradan Zelenskiyə alternativləri axtarırlar.

Vitse-prezident Vensin komandası mart ayında Ukrayna Silahlı Qüvvələrinin sabiq komandanı, indi isə Ukraynanın Böyük Britaniyadaki səfiri Valeri Zalujnı ilə əlaqə saxlamaq üçün müxtəlif diplomatik və digər kanallardan istifadə etməyə cəhd göstərib. Həmin məqamda Zalujnı Zelenski administrasiyasının rəhbəri ilə məsləhətləşdikdən sonra zəngə cavab verməkdən imtina edib.

Zalujnı heç vaxt öz siyasi ambisiyaları barədə açıq danışmayıb və demək olar ki, bütün müsahibə təkliflərini rədd edir. Onun komandası Londondakı ictimai çıxışlarını ciddi şəkildə nəzarətdə saxlayır ki, “uyğun olmayan” suallar verilə biləcək tədbirlərdən qaçsın. Lakin Londonda yerləşən Ukrayna səfirliyinə daim çoxlu qonaqlar gəlir, bəziləri öz xidmətlərini təklif etmək, bəziləri dəstək ifadə etmək, bəziləri isə generalın prezidentliyə namizəd olub-olmayacağını öyrənməyə çalışır.

Bu qonaqlar arasında ukraynalı deputatlar, vətəndaş cəmiyyəti fəalları, zəngin iş adamlarının nümayəndələri, hətta Trampın keçmiş müşaviri Pol Manafort da olub. Manafort Zalujnıya gələcək seçki kampaniyasında siyasi məsləhətçi xidmətlərini təklif edib. Zalujnı bu təklifi rədd edib.

Tez-tez səfirliyə gələnlərdən biri də Zelenski administrasiyasının rəhbəri Andrey Yermak olub. Keçən ilin noyabrında keçirilən görüşdə Yermak, gələcək seçkilər ərəfəsində vahid cəbhə nümayiş etdirmək üçün Zalujnıya prezidentin siyasi komandasına rəsmi olaraq qoşulmağı təklif edib.

Zalujnı təklifi qəbul etməyib, lakin müəyyən çərçivədə anlayış nümayiş etdirib. O, Yermaka söz verib ki, müharibə davam etdiyi müddətdə Zelenskini açıq şəkildə tənqid etməyəcək və prezident administrasiyası üçün “gözlənilməz sürprizlər” hazırlamayacaq. “Əgər siyasətə girməyə qərar versəm, bunu ilk siz şəxsi olaraq eşidəcəksiniz”, – deyə Zalujnı Yermaka bildirib.

Hələ ki, Zalujnı bu barədə heç nə açıqlamayıb, amma Kiyevdə onun siyasi yarışa hazırlaşdığına dair əminlik artır. General öz planları haqqında hətta yaxın dostları ilə şəxsi söhbətlərdə belə danışmır, lakin çoxları onun sadəcə düzgün anı gözlədiyini düşünür.

Zalujnı həmçinin bir çox ordu komandirləri ilə əlaqəni saxlayır və kabinetindəki qorunan videomonitorlardan döyüş meydanlarının canlı görüntülərini izləyir. Onun yaxınlarından biri deyib: “Valeri Fyodoroviç müharibədən uzaqlaşıb, amma müharibə Valeri Fyodoroviçi tərk etməyib”.

Şəxsi söhbətlərdə Zalujnı siyasətə qoşulmaq planlarını təsdiqləməsə də, belə bir qərar qəbul edəcəyi halda hansı platformanı təklif edə biləcəyini düşünür. Onun yaxın çevrəsi deyir ki, Zalujnı İsraili nümunə hesab edir:düşmənlər tərəfindən əhatə olunmuş kiçik, amma müdafiəyə tam fokuslanmış ölkə kimi.

O, özünü sərt “müharibə dövrü lideri” kimi təqdim edir, Ukrayna xalqına ölkənin xilası naminə “qan, tər və göz yaşı” vəd edərək Uinston Çörçilə bənzəməyə çalışır. Şəxsi söhbətdə Zalujnı deyib: “Bilmirəm, Ukrayna xalqı bu qədər sərt siyasətə hazırdırmı?”.

Kamran Cəfərov

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Avqust 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri