Icma.az
close
up
RU
Rusiya ərazisinə zərbələr Pentaqonun rəhbərliyi səviyyəsində tənzimlənir Kamran Cəfərov

Rusiya ərazisinə zərbələr Pentaqonun rəhbərliyi səviyyəsində tənzimlənir Kamran Cəfərov

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Tramp administrasiyası Ukraynaya 3350 ədəd ERAM (Extended Range Attack Munition) raketinin satışını təsdiqləyib.

Əvvəlcə, maliyyə mexanizminə diqqət yetirək.
Bayden dövründə Ukraynaya hərbi yardım iki əsas proqram vasitəsilə həyata keçirilirdi:

1)PDA (Presidential Drawdown Authority) – Pentaqon anbarlarından birbaşa Ukraynaya silahların göndərilməsi.

2)USAI (Ukraine Security Assistance Initiative) – Ukrayna üçün ABŞ hərbi şirkətlərində silah sifarişi.

Hər iki proqram ABŞ Konqresi tərəfindən ayrılan büdcə vəsaiti hesabına maliyyələşdirilirdi.

Lakin Tramp administrasiyası ABŞ büdcəsindən Ukraynaya hərbi yardımı ödəmək istəmədiyi üçün yeni mexanizm – PURL (Prioritized Ukraine Requirements List) yaradıldı.

PURL, əsasən NATO müttəfiqlərinin vəsaitləri hesabına ABŞ-dən Ukrayna üçün silahların alınmasını nəzərdə tutur. Yəni bu mexanizmə görə xərclərin əsas yükünü Avropa və Kanada daşıyır.

Bayden dövründə büdcə hesabına maliyyələşdirilən PDA və USAI proqramları 30 sentyabrda başa çatır. Onların yerini isə PURL çərçivəsində Avropa və Kanada tərəfindən ödənilən hərbi paketlər əvəzləyir.

Bu günə qədər PURL üzrə 4 paket ayrılmışdı.
3350 ERAM raketinin verilməsi isə 5-ci paketdir.

3350 raketin ümumi dəyəri 850 milyon dollar təşkil edir.

Bu isə o deməkdir ki, 1 ERAM raketinin qiyməti cəmi 253 min dollardır. Bu, hazırkı hərbi bazar üçün çox ucuz və sərfəli qiymət hesab olunur.

Müqayisə üçün:

Storm Shadow – təxminən 1 milyon dollar,

ATACMS – təxminən 1,5 milyon dollar.

Bu fakt göstərir ki, ERAM Ukrayna üçün kütləvi istifadəyə uyğun, daha ucuz, amma eyni zamanda effektiv silahdır.

ERAM raketləri Ukrayna üçün xüsusi olaraq hazırlanıb. Onların bir neçə mühüm xüsusiyyəti var:

– Çoxfunksiyalıdır – dronlara, qanadlı raketlərə və yerüstü hədəflərə qarşı istifadə edilə bilər.

– “Hava-hava” modifikasiyası mümkündür – müəyyən proqramlaşdırma dəyişikliklərindən sonra ERAM qırıcıdan qırıcını vuran raket kimi də istifadə oluna bilər.

– Uzaq məsafə üstünlüyü var – ABŞ-nin Ukraynaya verdiyi digər “hava-hava” raketləri ilə müqayisədə fərq böyükdür:

AIM-9X – 16 km,

AIM-120 (AMRAAM) – 55 km,

ERAM isə daha geniş zərbə məsafəsinə malikdir.

Bu, Ukrayna Hərbi Hava Qüvvələrinin Rusiya qırıcıları və bombardmançıları ilə qarşıdurmada üstünlüyünü əhəmiyyətli dərəcədə artırır.

ABŞ mətbuatının dünən yaydığı məlumata görə, ABŞ istehsalı raketlərlə Rusiya ərazisinə zərbələr Pentaqonun rəhbərliyi səviyyəsində tənzimlənir.

Mənbələrə görə, icazəni şəxsən Pentaqon rəhbəri Pit Heqset verir.

Bu fakt onu göstərir ki:

ERAM raketləri əsasən dronlara, raketlərə və Rusiya qırıcılarına qarşı istifadə olunacaq.

Rusiya ərazisinə dərin zərbələr üçün Ukrayna öz istehsalı olan dron və raketlərə güvənmək məcburiyyətindədir.

Olsun, Ukrayna özü istehsal etdiyi silahları artıq uğurla istifadə edir.

Məsələn elə bu gün. 24 avqust 2025-ci ildə Ukrayna Silahlı Qüvvələri Sızran şəhərindəki neft emalı zavoduna və Ust-Luqa limanındakı yanacaq terminalına çox uğurlu zərbələr endirib.

İstənilən halda bu böyük sayda olan raketlərin verilməsi birmənalı olaraq müsbət haldır.

Kamran Cəfərov

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see216

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see187

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see126

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri