Icma.az
close
up
RU
Bürokratların etirazçılara dəstək verməsi çox ciddi məsələdir: Kamran Cəfərov

Bürokratların etirazçılara dəstək verməsi çox ciddi məsələdir: Kamran Cəfərov

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Gürcüstanda etirazlar səngimək bilmir, əksinə, proses gündən-günə inkişaf edir. “Gürcü arzusu” seçkilərdə qələbədən sonra Gürcüstanda uzun illər ərzində əsas strateji kursu olan “Avro-Atlantik məkana inteqrasiya”nı dayandırmaq qərarı vermişdi. Bu bəyanat, iqtidar, müxalifət və cəmiyyət üçün geridönməz nöqtəyə çevrildi və ən əsası, bir-birilə siyasi münaqişədə olan bir çox qüvvələri iqtidara qarşı birləşdirdi.

Gununsesi.info xəbər verir ki, bu barədə saytımıza açıqlamasında siyasi şərhçi Kamran Cəfərov bildirib.

O, müxalif siyasi qüvvələrin və vətəndaş cəmiyyətinin bu qədər sıx konsolidasiyasının 2013-cü ildə olduğunu deyib:

“Son dəfə Gürcüstanda müxalif siyasi qüvvələrin və vətəndaş cəmiyyətinin bu qədər sıx konsolidasiyası 2013-cü ildə Prezident seçkilərində müşahidə olunmuşdu. Ən maraqlısı isə odur ki, cəmiyyət Saakaşvilinin sərt idarəçilik metodlarına etiraz olaraq məhz “Gürcü Arzusunun”, yəni Bidzina İvanişvilinin ətrafında birləşmişdi və nəticə etibarı ilə Prezident seçkilərində İvanişvilinin dəstəklədiyi David Bakradze, Saakişvilinin dəstəklədiyi Marqvelaşvili üzərində dağıdıcı qələbə qazanmışdı.”

Kamran Cəfərov iqtidarın Avrointeqrasiyadan dönmək qərarının bütün sahələrdə etirazlara səbəb olduğunu da qeyd edib:

“ “Gürcü Arzusu”nun Avrointeqrasiyadan dönmək qərarı bütün sahələrdə ciddi etirazlara səbəb oldu. Biz bu gün fərqli qurumlardan yüksək vəzifəli məmurların, diplomatların, zabitlərin istefalarını müşahidə edirik, Gürcüstanın 2 ən böyük bankı(Bank of Georgia və TBC bank), rabitə operatorları(Magticom, Silknet) və s. etirazçılara dəstəyini ifadə etdilər. Böyük biznes nümayəndələrin və bürokratların eyni zamanda etirazçılara dəstək verməsi çox ciddi məsələdir, cəmiyyətdə narazılığın pik nöqtədə olmasının göstəricisidir. Gürcüstanın strateji müttəfiqləri olan Qərb ölkələri də iqtidarın davranışlarına dözməyəcəyinə işarə edirlər. ABŞ Gürcüstanla strateji tərəfdaşlığın dayandırılmasını elan etmişdi, indi isə Aİ-də Gürcüstanla “vizasız gediş-gəliş rejiminin” ləğvinin müzakirə gözlənilir.”

Qeyd edək ki, Aİ və Gürcüstan arasında “vizasız gediş-gəliş rejimi” 2017-ci ildə tətbiq olunub və bundan sonra gürcülərin Avropaya axını başladı.

“Məsələ ondadır ki, gürcülər üçün Avropaya açıq gediş-gəliş onların maddi rifahını artırdı və ölkəni ümumillikdə Avropaya iqtisadi bağladı. Nəticə etibarı ilə indi vizasız gediş-gəlişin ləğvi gürcülərin maddi rifahına çox ciddi zərbə olacaq”, – deyə K.Cəfərov bildirib.

K.Cəfərov həmçinin siyasi proseslərin əsas aparıcı qüvvəsinin etnik gürcülər olduğunu da qeyd edib:

Daha bir önəmli faktor ondan ibarətdir ki, Gürcüstanda siyasi proseslərin aparıcı qüvvəsi etnik gürcülərdir. Etnil azlıqların böyük əksəriyyəti isə apolitikdir. Qeyd edək ki, həmin apolitik etnik azlıqlar “Gürcü Arzusu”nun” elektoratıdır. Nəticə etibarı ilə bu gün siyasi meydanda olan qüvvələrin nisbəti birmənalı olaraq etirazçıların tərəfindədir və iqtidarın son bəyanatlarından, ritorikasından hiss olunur ki, bunu başa düşürlər. Hal-hazırda 2 qütbün liderləri var: İvanişvili və Zurabişvili. Məhz Salome Zurabişvilinin Parisdə Trampla və Makronla görüşməsi nümayişkəranə diplomatik mesaj idi. Yəni, dünya liderləri Zurabişvililə danışır, İvanişvililə yox. Bu faktor, beynəlxalq dəstəyin artırılmasına hesablanıb.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Dekabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri