Icma.az
close
up
RU
Ukraynanın pulu qurtarır Bəs müharibə?

Ukraynanın pulu qurtarır Bəs müharibə?

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı Kiyevə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi yolu ilə reparasiya kreditlərinin verilməsi ilə bağlı razılığa gələ bilməsə, Ukrayna öz büdcə ehtiyatlarını fevralda tükədə bilər. Bəs Ukrayna 2025-ci ilin sonuna doğru maliyyə böhranı ilə üzləşsə, bu, Rusiya ilə müharibəyə necə təsir edəcək?

Politoloq Yusif Bağırzadə Metbuat.az-a açıqlamasında bildirib ki, bir müddətdir Rusiyanın müxtəlif dövlətlərdə, xüsusilə də Avropa İttifaqına üzv ölkələrdə saxlanılan aktivlərinin – həm nəğd vəsaitlərin, həm qiymətli kağızların, həm də depozit hesablarında olan pulların Ukraynaya verilməsi ilə bağlı müzakirələr aparılır:

"Ötən dəfə bu aktivlərdən 5 milyard avro Ukraynaya yardım kimi təqdim edilib. Bu vəsaitlərin əsas hissəsi, təqribən 143 milyard avro Brüsseldə saxlanılır. Brüsselin təklifi ondan ibarətdir ki, əgər bu vəsaitlər, xüsusilə də Brüsseldə yerləşən aktivlər Ukraynaya verilsə və gələcəkdə Rusiya bu qərarı hüquqi müstəvidə mübahisələndirsə, yaranacaq 143 milyardlıq cərimə yükü tək Brüsselin üzərinə düşə bilər. Ona görə də bunun hüquqi mexanizmi təklif olunur və müzakirələr gedir ki, ümumi məbləğin gələcəkdə hər hansı bir vəziyyət yaranarsa, Avropa İttifaqına daxil olan bütün dövlətlər tərəfindən ödənilməsi təklif olunur. Digər tərəfdən Almaniya təklif edir ki, gələcəkdə Rusiya tərəfindən Ukraynanın bərpası üçün ödəniləcəyi proqnozlaşdırılan təqribən 500 milyard avro təşkil edən kompensasiyadan bu məbləğ çıxılsın. Hazırda görünən odur ki, Avropa İttifaqına üzv dövlətlər bu məsələdə hələ yekun razılığa gəlməyiblər".

Y.Bağırzadənin sözlərinə görə, ABŞ rəsmilərinə də bu məsələ ilə bağlı sual ünvanlanıb ki, Rusiyaya məxsus vəsaitlərin Ukraynaya verilməsinə necə yanaşırlar?
"Həm Tramp, həm də digər ABŞ rəsmiləri bildiriblər ki, bu, Avropa İttifaqının daxili qərarıdır və onlar buna müdaxilə etmir. Böyük ehtimalla Almaniyanın və Böyük Britaniyanın təkidi ilə bu vəsaitlər mərhələli şəkildə Ukraynaya təqdim olunacaq. Çünki Ukraynanın mövcud vəziyyəti ağırdır. Qeyd edim ki, Böyük Britaniyanın təşəbbüsü ilə yaradılan təxminən 30 dövlətlik koalisiya hazırda Ukraynaya yardım edir. Avropa İttifaqı da yardım ayırır, lakin ayrılan vəsaitlərin böyük hissəsi ABŞ-dan silah və sursat alınmasına yönəldiyindən Ukraynanın maliyyə durumu çətin olaraq qalır. Üstəlik, qış mövsümü başlayır. Bu səbəbdən Almaniya artıq 3 milyard avro, daha əvvəl isə 8,5 milyard avro ayırıb. Qış ayları üçün 40 milyon avro əlavə yardım da ayrılıb. Amma bütün bunlar kifayət etmir. Böyük ehtimalla yaxın zamanlarda Avropa İttifaqı ölkələri ümumi həcmi təqribən 300 milyard dollara yaxın olan bu aktivlərin, o cümlədən Brüsseldə saxlanılan 143 milyard avroluq hissənin mərhələli şəkildə Ukraynaya verilməsi qərarına gələcəklər".

Politoloq qeyd edib ki, hər bir halda Avropa İttifaqına daxil olan NATO ölkələri Ukraynanı Rusiya ilə özləri arasında bufer zona hesab etdiklərindən, müharibə dövründə Ukraynanı vəsaitsiz qoymayacaqlar:

"Almaniya artıq iki Patriot sistemi təhvil verib, əlavə yardımlar da yoldadır. Qış aylarında Ukraynaya zəruri dəstəyin göstərilməsi gözlənilir. ABŞ-la da danışıqlar davam edir və böyük ehtimalla ABŞ da müəyyən yardım edəcək. Tramp hakimiyyətə gələndən sonra Vaşinqtonun mövqeyi sərtləşsə də, ehtimal olunur ki, müəyyən dəstək yenə də göstəriləcək".

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Noyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri