Icma.az
close
up
RU
“Ukraynanın raket sahəsində Rusiya ilə rəqabət aparacağını demək çox tezdir”

“Ukraynanın raket sahəsində Rusiya ilə rəqabət aparacağını demək çox tezdir”

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

“Ukrayna silahlı qüvvələrinin üç min kilometr atəş məsafəsinə malik “Flaminqo” qanadlı raketlərindən istifadə etməsi, Rusiya ərazisinin dərinliyində yerləşən hərbi obyektlərə, enerji infrastrukturuna, rabitə qovşaqlarına, o cümlədən komando və komando idarəetmə məntəqələrinə dəqiq zərbələr endirməyə imkan verəcək”. 

Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 

O bildirib ki, müharibənin ilk günlərindən belə bir imkanlara malik silahların verilməməsi Ukrayna cəbhəsində Rusiyanın kifayət qədər əl-qol açması ilə nəticələndi:

“Bu raketlərin bir ton döyüş başlığı daşıması istənilən obyektin o cümlədən Krım körpüsünü bir neçə zərbə ilə dağıtmaq imkanı verəcək ki, bu da Rusiyanın Ukraynayla danışıqlar prosesində maraqlı görünməsi ilə nəticələnə bilər. “Flaminqo” raketləri “Tomaqavk” raketlərindən daha uzaq məsafədə hədəfləri nişan ala bilir. Digər tərəfdən isə onlar yerli Ukrayna istehsalı olduğu üçün dəyərləri də “Tomaqavk”dan bir neçə dəfə ucuzdur. ABŞ-nin “Tomaqavk” raketləri 450 kiloqram, Rusiyanın “İsgəndər” raketləri 650 kiloqram, Ukraynanın yeni istehsal etdiyi “Flaminqo” isə bir tona qədər döyüş başlığı daşıya bilir. Dəqiqlik məsələsindən istehsalçının dediyinə etibar etsək, bu əvvəldə adlarını çəkdiyi iki raketdən daha üstün səviyyədədir. Lakin bunlardan əmin olmaq üçün raket zərbələrinin görüntülərinə baxmalıyıq və ondan sonra konkret nəsə deyə bilər. Amma istənilən halda Ukraynanın təkbaşına raket sahəsində Rusiya ilə rəqabət aparacağını demək hələlik çox tezdir. Rusiyanın hər ay təxminən 100-ə qədər qanadlı, balistik və aviasiya raketlərindən Ukrayna ərazilərinə atəş açdığını görürük. Ukrayna isə hələlik ayda  50-60 ədəd təxminən raket istehsal edə biləcək. Odur ki, istehsalın Rusiyadan buraxılan raketlərlə prioritet təşkil etməsi üçün ən azından istehsal gücünü dörd dəfə artırmaq lazımdır. Bunun üçün isə NATO və Avropa ölkələri Ukraynaya kifayət qədər böyük yardımlar etməlidirlər”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri