Ukraynanın Rusiya zavoduna dron hücumu Qazaxıstanın qaz hasilatını azaldıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Qazaxıstan, Rusiyanın Orenburq bölgəsində yerləşən iri qaz emalı zavoduna Ukrayna tərəfindən həyata keçirilən dron hücumu səbəbilə özünün əsas neft və qaz yataqlarından biri olan Karaçanaqda hasilatı 25–30% azaldıb.
APA xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat verib.
Məlumata görə, Qazaxıstan Energetika Nazirliyi Orenburq qaz emalı zavodu Ukrayna dronlarının hücumuna məruz qaldıqdan sonra qaz qəbulunu dayandırdığını təsdiqləyib.
Rusiyanın “Orenday” nəşrinin məlumatına görə, bu gün zavodda yanğın baş verib. Hadisəyə səbəb kimi dron hücumu göstərilir. Hücum nəticəsində zavodun bir neçə sexi zərər görüb və yanğın başlayıb, lakin işçilər arasında xəsarət alan olmayıb. Yanğının dəqiq səbəbi hələ araşdırılır.
1974-cü ildən fəaliyyət göstərən Orenburq qaz emalı zavodu dünyanın ən iri qaz-kimya komplekslərindən biri sayılır və Qazprom şirkətinə məxsusdur. Zavod uzun illərdir ki, Qazaxıstan qazını emal edir. Onun fəaliyyətinin dayanması Qazaxıstanın hasilatına artıq ciddi təsir göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 20 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















