Ukraynanın tanınmış klubu “Zirə”nin futbolçusu ilə maraqlanır RƏSMİ
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 3 fevral, AZƏRTAC
“Zirə”nin futbolçusu Salifu Suma karyerasını Ukraynada davam etdirə bilər.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı hücumameyilli yarımmüdafiəçi Kiyev “Dinamo”sunun maraq dairəsinə düşüb.
Klub qvineyalı futbolçunun transferi üçün Bakı təmsilçisinə 1 milyon avroya yaxın təzminat təklif edəcək.
İddiaya görə, adı açıqlanmayan başqa bir Ukrayna klubu futbolçunun xidmətlərində maraqlıdır.
“Zirə” klubundan isə AZƏRTAC-a bildiriblər ki, Suma ilə maraqlanan komandalar olsa da, “Dinamo”dan hər hansı rəsmi təklif gəlməyib.
Qeyd edək ki, Salifu Suma bu mövsüm “Zirə”nin heyətində 23 oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun “qartallar”la 2027-ci ilin yayına qədər müqaviləsi var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 03 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















