Icma.az
close
up
RU
Ukraynanın təhülkəsizliyi barədə Moskvanın təklifi VİDEO

Ukraynanın təhülkəsizliyi barədə Moskvanın təklifi VİDEO

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Rusiya XİN-in rəhbəri, eyni zamanda, bu məsələnin Moskvasız həll edilə bilməyəcəyini vurğulayıb.
“Böyük Britaniya, Fransa və Almaniyanın kollektiv təhlükəsizlik zəmanətlərini hazırlamaq istəməsi ilə bağlı xəbərlərə gəlincə, biz bu zəmanətlərin həqiqətən etibarlı olmasının tərəfdarıyıq”, – Sergey Lavrov İordaniyanın Xarici İşlər naziri Ayman əs-Səfədi ilə birgə mətbuat konfransında deyib.
Rusiyalı nazir xatırladıb ki, 2022-ci ilin aprelində İstanbulda keçirilən danışıqlarda Kiyevin nümayəndə heyəti sülh sazişinə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (Rusiya, Çin, Fransa, ABŞ, Böyük Britaniya) tərəfindən Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin işlənib hazırlanmasına dair bəndin daxil olunmasını təklif edib.
Politico: “Ukraynaya qoşun göndərilməsi çətin olacaq” | VİDEO Üstəlik bu təhlükəsizlik təminatçıları qrupuna qoşulmaqda maraqlı ola biləcək ayrı-ayrı dövlətlərin - Almaniya, Türkiyə və digər ölkələrin adları çəkilib. Lavrovun sözlərinə görə, Rusiya tərəfi həmin vaxt bu təklifi dəstəkləyib.
- Biz razılaşa bilmərik ki, indi təhlükəsizlik məsələlərini, kollektiv təhlükəsizliyi Rusiyasız həll etmək təklif olunur. Bu, işləməyəcək. Biz artıq bir neçə dəfə izah etmişik ki, Rusiya öz maraqlarını şişirtmir, lakin biz öz qanuni maraqlarımızı qəti və sərt şəkildə təmin edəcəyik”, - Rusiya XİN-in rəhbəri deyib.
Dünən ABŞ prezidenti Donald Tramp sülh sazişi bağlanacağı halda, Fransa, Böyük Britaniya və Almaniyanın öz qoşunlarını Ukrayna ərazisinə yerləşdirməyə hazır olduqlarını açıqlamışdı.
Fransa prezidenti Emmanuel Makron bildirib ki, avropalı müttəfiqlər və Vaşinqton gələcək təhlükəsizlik təminatlarına Ukrayna ordusuna dəstək, dənizdə, havada və quruda təhlükəsizlik qüvvələrinin yaradılmasını əhatə etməsi barədə razılığa gəliblər.
Bununla belə, adı çəkilməyən avropalı diplomata istinad edən “Politico” nəşrinin iddiasına görə, Böyük Britaniya və Fransa Ukraynaya qoşun göndərmək məsələsində çətinliklə üzləşə bilərlər.
Qeyd edək ki, Sergey Lavrov iordaniyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Vladimir Putinlə Volodomir Zelenski arasında keçiriləcəyi gözlənilən görüşün baş tuta biləcəyini də dolayısı ilə şübhə altına alıb.

Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 Avqust 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see414

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see263

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see254

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see252

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see250

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see238

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see234

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see231

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see229

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see223

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see220

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see218

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see213

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see211

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see210

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see209

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see204

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see196

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see195

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri